Ana səhifə / Siyasət / ATƏT PA-nın prezidenti Azərbaycana rəsmi səfərə gəlib

ATƏT PA-nın prezidenti Azərbaycana rəsmi səfərə gəlib

ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tseretelinin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Azərbaycana rəsmi səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda ATƏT Parlament Assambleyasının sədri Georgi Tseretelini və xanımı Eka Tseretelini Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Bahar Muradova qarşılayıb.

Səfər zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunacaq.

G.Tseretelini səfər zamanı ATƏT PA-nın Beynəlxalq Katibliyi müşayiət edəcək.

 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …