Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / ATƏT-in nümayəndəsi Nardaranda jurnalistlərə edilən hücumu pisləyib

ATƏT-in nümayəndəsi Nardaranda jurnalistlərə edilən hücumu pisləyib

ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Bakının kənar kəndlərindən olan Nardaranda bir qrup radikal şəxsə qarşı keçirilən polis reydi zamanı jurnalistlərə edilən hücumu pisləyib.

Modern.az xəbər verir ki, bu barədə məlumat ATƏT-in saytında yerləşdirilib.

Məlumatda bildirilir ki, əldə edilən bilgilərə görə, Nardaranda polis əməliyyatı zamanı naməlum şəxslər İTV-nin operatoruna hücum edib. Operator döyülüb, onun texnikaası isə zədələnib. Reyd zamanı eyni hadisə özəl televiziya olan ATV-nin də başına gəlib. Onun maşınına hücum edilib, sürücüsü döyülüb. Miyatoviç qeyd eidb ki, bu, media nümayəndələrinə qarşı qəbuledilməz zorakılıq hallarıdır.

“Jurnalistlər ictimai çəkisi mühüm olan hadisələr barədə azad və təhlükəsiz şəkildə məlumat çatdıra bilməlidirlər. Onların təhlükəsizliyi təmin edilməlidir. Mən inanıram ki, hakimiyyət nümayəndələri hücumun hərtərəfli araşdırılması üçün əllərindən gələni edəcək və hücum edən şəxsləri məsuliyyətə cəlb edəcəklər”.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın