Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / ATƏT/DTİHB qısamüddətli missiyasının Azərbaycana səfəri başlayıb

ATƏT/DTİHB qısamüddətli missiyasının Azərbaycana səfəri başlayıb

ATƏT DTİHB-nin Azərbaycanda prezident seçkilərini müşahidə edəcək qısamüddətli missiyasının Azərbaycana səfəri başlayıb.

Qurumdan APA-ya verilən məlumata görə, missiya üzvlərinin bir qisminin səfəri ötən gün başlayıb və bu gün də davam edir.

Qeyd edək ki, qısamüddətli müşahidə missiyasına 280 ekspert daxildir. Daha əvvəl 30 nəfərlik nümayəndə heyəti ilə uzunmüddətli missiya Azərbaycanda səfərdə idi. Missiyaya Korien Yonker başçılıq edir. ATƏT PA, ATƏT DTİHB və AŞPA seçki günü koordinasiyalı şəkildə Bakı və bölgələrdə müşahidə missiyasını həyata keçirəcəklər. Parlamentar Nilza de Sena 3 qurum arasında koordinasiyanı həyata keçirəcək. Seçki ilə bağlı ilkin müşahidə səsvermədən sonrakı gün mətbuat konfransında açıqlanacaq.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …