Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Atəşkəs Rusiyanın səyləri sayəsində əldə edildi” – Karasin

“Atəşkəs Rusiyanın səyləri sayəsində əldə edildi” – Karasin

Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Qriqori Karasin Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatlardan danışıb.

O deyib ki, Ermənistan-Azərbaycan sərhədində yaranmış gərginliyi dayandırmaq üçün səhər saat 9:00-da atəşkəs elan edilib.

Rusiya rəsmisi qeyd edib ki, buna Rusiyanın səyləri, o cümlədən Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbətdən sonra və Rusiya Xarici İşlər Nazirliyinin fəaliyyəti nəticəsində nail olunub.

– Axşam və gecə intensiv iş gedirdi, o cümlədən Rusiya Xarici İşlər Nazirliyi səviyyəsində… Məsələ eskalasiyanı dayandırmaq və sərhəd zonasında normal atmosfer yaratmaqdır”, – Karasin deyib.

AzVision.az

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …