Ana səhifə / Siyasət / Aşura günü ibadətgahlarda xüsusi monitorinqlər keçiriləcək

Aşura günü ibadətgahlarda xüsusi monitorinqlər keçiriləcək

Azərbaycanda Aşura günü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən məscidlərdən kənarda dini ayinlərin icrasının qarşısını almaq üçün xüsusi olaraq monitorinqlər keçiriləcək. Bunu Trend-ə Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

S.Heydərov bildirib ki, məhərrəmlik ayı başlayandan etibarən monitorinqlər başlayb: “Bü günə kimi ciddi qanun pozuntuları aşkar edilməyib. Məhərrəmlik ayının sonuna qədər monitorinqlər davam edəcək. Ancaq Aşura günü Komitə xüsusi rejimdə işləyəcək”.

S.Heydərov bildirib ki, Aşura günü Komitənin əməkdaşlarından ibarət qruplar insanların kütləvi toplaşdığı ibadətgahlarda monitorinqlər aparacaqlar: “Monitoqinqlər həm Bakıda, həm də respublikanın digər ərazilərində aparılacaq. Əgər qanun pozuntuları aşkar olunarsa, qanunvericiliyə uyğun olaraq dərhal qarşısı alınacaq, həmin şəxslər barəsində cəza tədbirləri tətbiq olunacaq”.

Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna edilən dəyişilliklərə əsasən dini xarakterli ayinlər yalnız məscidlərdə keçirilməlidir.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın