Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Aşura günü bu məscidlərdə qan verə bilərsiniz – SİYAHI

Aşura günü bu məscidlərdə qan verə bilərsiniz – SİYAHI

Aşura günündə qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısı müəyyənləşib.

 

Bu barədə Publika.az-a Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib.

 

Onun sözlərinə görə, bu il  oktyabrın 24-də keçirilən Aşura günü ilə bağlı respublikamızın müxtəlif məscid və ziyarətgahlarında qanvermə aksiyası keçiriləcək. Qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısı belədir:

 

1. Yasamal rayonu Təzəpir məscidi;

2. Yasamal rayonu Hacı Soltanəli məscidi;

3. Səbail rayonu Bibi-Heybət məscidi;

4. Səbail rayonu İçərişəhər Cümə məscidi;

5. Suraxanı rayonu Qaraçuxur məscidi;

6. Xəzər rayonu “Mir Mövsüm ağa” məscidi;

7. Nizami rayonu Keşlə qəsəbə məscidi;

8. Sumqayıt şəhər “Cümə” məscidi;

9. Gəncə şəhər “İmamzadə” məscidi;

10. Mingəçevir şəhər “Heydər” məscidi;

11. Şəki şəhər “Cümə” məscidi;

12. Lənkəran şəhəri Böyükbazar məscidi;

13. Bərdə şəhər “Cümə” məscidi;

14. Nəsimi rayonu Əjdərbəy məscidi.

 

Məlumat üçün bildiririk ki, Lənkəran şəhəri Böyükbazar məscidində qanvermə aksiyası Aşura günündən bir gün əvvəl, yəni 23 oktyabr tarixində Tasua günündən başlayacaq.

 

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …

Bir cavab yazın