Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / “AST Telman” haqda yeni iddia – “Putinə hamıdan öncə “atıb” və…
MOSCOW, RUSSIA. APRIL 8, 2015. Cherkizovsky Market former owner Telman Ismailov seen at the Moskva Hotel ahead of the celebration of Russian artist Nikas Safronov's birthday. Vyacheslav Prokofyev/TASS Россия. Москва. 8 апреля. Бывший владелец Черкизовского рынка Тельман Исмаилов в гостинице "Москва" перед началом празднования дня рождения российского художника Никаса Сафронова. Вячеслав Прокофьев/ТАСС

“AST Telman” haqda yeni iddia – “Putinə hamıdan öncə “atıb” və…

Bir zamanlar Rusiyanın ən ünlü iş adamlarından biri olan, tez-tez məşhur müğənnilərə milyonlar xərcləməsi ilə gündəmə gələn əslən azərbaycanlı Telman İsmayılov (“AST Telman”) bir neçə il öncə müəmmalı şəkildə müflis oldu, barəsində cinayət işi başladı və Rusiyanı tərk etdi. O dönəmdə onun hansısa səbəblərdən Rusiya rəhbərliyinin qəzəbinə tuş gəldiyi və bu səbəbdən mal-mülkünün əlindən alındığı, haqqında cinayət təqibi başladığı bildirilirdi.

“AST Telman”ın Rusiya rəhbərliyi ilə çox yaxşı münasibətləri olduğu halda, birdən-birə bu vəziyyətin yaranmasının alt qatlarında nələrin dayanması haqda müxtəlif versiyalar səsləndirilirdi. Bu ehtimallardan biri də o idi ki, Telman İsmayılov Türkiyədə “Mardan Palace” adlı turizm cənnəti yaratmışdı. Həmin vaxtlarda Rusiya ilə Türkiyə arasında münasibətlər soyuq idi və iddia olunurdu ki, Telman İsmayılovun Rusiyada qazandığı pulları Türkiyə iqtisadiyyatına yatırması RF rəhbərliyinin qəzəbinə səbəb olub və onu çökdürüblər, Rusiyadan çıxmağa məcbur olunub.

Eyni zamanda o da deyilirdi ki, T.İsmayılov heç də müflis olmayıb, sadəcə, varidatını müxtəlif yollarla Rusiyadan çıxarıb və qəzəbə tuş gəlməsi də məhz elə buna görədir. Sual doğurur ki,  Telman İsmayılov milyardlara sahib olduğu Rusiyadan niyə çəkilsin? Hazırda bu suala cavab verən bir iddia ortaya çıxıb. Bəzi ekspertlər bildirir ki, yəhudi əsilli, bu camiyəyə tam bağlı olan, onlar tərəfindən dəstəklənən Telman İsmayılova hələ illər öncə Rusiyanı qara günlər gözlədiyi, RF-də çalışan iş adamlarına sanksiyalar tətbiq ediləcəyi, varidatının, Avropa banklarındakı vəsaitlərinin dondurulacağına dair dəqiq məlumat çatdırılıb və o, biznesini qorumaq üçün Rusiyanı tərk etməyə başlayıb. Bunu anlayan Rusiya rəhbərliyi isə onu “xəyanətkar” hesab edib, mülklərini əlindən almağa çalışıb. Lakin bu zamanadək Telman İsmayılov işini görübmüş, bazarlarını, mülklərinin çoxunu satıbmış, vəsaitini Rusiyadan çıxarıbmış…

Ukrayna-Rusiya müharibəsinin fonunda RF-yə qarşı hazırda tətbiq olunan və daha da ağırlaşdırılan sanksiyalar Telman İsmayılovla bağlı ortaya çıxan yeni iddialarda həqiqət payının olduğunu söyləməyə əsas yaradır. Dolayısı ilə bunu belə də adlandırmaq olar: “AST Telman” Putini hamıdan əvvəl aldada və özünü xilas edə bilib… Bəs indi Telman İsmayılov haralardadır? O, yeni biznesini qururmu, hansı ölkədədir? Onun ulduzunun yenidən parlayacağını gözləmək olarmı?

Son xəbərlərə görə, “AST Telman” Monteneqroda yaşayır və bu ölkənin keçmiş prezidenti ilə yaxşı əlaqələrə malik olub. Amma ötən il Fransaya köçdüyü bildirilir. Nitsa şəhəri yaxınlığındakı Antiba qəsəbəsində məskunlaşdığı bildirilir. Antibada Telman İsmayılova məxsus böyük bir villa var. İsmayılovun hazırda yerləşdiyi sözügedən villanın dəyəri 25 milyon avrodan çoxdur. Yeri gəlmişkən, Telman İsmayılovu Vladimir Putin iki dəfə təltif edib, Yeltsin isə həmyerlimizi əsrin mesenatı elan edib.

Fuad Əliyev: Bizim Qarabağa səfərimiz sizə niyə belə toxunur?

 Fuad Əliyev

“Müstəqil Həmkarlar” İctimai Birliyinin İdarə Heyətinin üzvü, Rusiyanın ictimai-siyasi həyatını izləyən ekspert Fuad Əliyevin sözlərinə görə, T.İsmayılovun Rusiyanın sanksiyalara məruz qalacağını əvvəlcədən bilməsi o dərəcədə ağlabatan görünmür. Onun fikrincə, “AST Telman”ın Rusiyanın siyasi rəhbərliyi ilə problemləri yaranmışdı, daha doğrusu, onu Kreml rəhbəri ilə üz-göz elədilər: “Putinin ona yaxşı münasibəti varıydı. Görünür ki, ətrafındakıları onunla düşmən elədilər. Digər tərəfdən, onu Rusiyada həbs təhlükəsi gözləyə bilərdi. Ehtimal edirəm ki, gedişinə səbəb tutulmaq riskindən yayınmaq olub. Çünki 2017-ci ildə barəsində axtarış verilən, iki sifarişli qətldə və kredit öhdəliklərini yerinə yetirməməkdə günahlandırılan Telman İsmayılov əvvəl Fransaya sığınmışdı, son illər isə Monteneqroda yaşayırdı və bu, Rusiyanın hüquq-mühafizə orqanları üçün sirr deyildi”.

F.Əliyevin fikrincə, “AST Telman” indi Rusiyada yaşasaydı, Putinlə əlaqələri normal qalsaydı, yəqin ki, sanksiya siyahısına düşəcəkdi: “Hər bir halda İsmayılov itirəcəkdi. İndi bir hücrəyə çəkilib və istisna deyil ki, əlində qalanları idarə edir. Sadəcə, gündəmdə qalmamağa çalışır. Ümumiyyətlə, Rusiyanı uzun illər sanksiyalar gözləyir. Bunu Rusiya lideri özü də açıqladı və cəmiyyətə xəbərdarlıq etdi ki, belə vəziyyətə hazır olsunlar. Ona görə Rusiya iş adamları üçün indiki məqamda perspektivli biznes mühiti olan yer sayılmır. Kimsə bu riskə girmək istəməyəcək. Məncə, ”AST Telman” erası bitib”. “Yeni Müsavat”

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …