Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / AŞPA həmməruzəçiləri hökumətə müraciət etdi

AŞPA həmməruzəçiləri hökumətə müraciət etdi

AŞPA həmməruzəçiləri Azərbaycan hakimiyyətini Mehman Hüseynovun işinə yenidən baxmağa çağırırlar

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri, bloqçu Mehman Hüseynova qarşı sürülən yeni ittihamlarla bağlı rəsmi bəyanat yayıblar.

Bəyanatda Ser Rocer Geyl və Stefan Şennax hazırda iki illik həbsinin son iki ayını yaşayan video bloqçu Mehman Hüseynova qarşı qaldırılan yeni ittihamlarla əlaqədar, dərin narahatlıqlarını bildiriblər.

Bəyanatda M.Hüseynovun “hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə” maddəsi ilə ittiham edildiyi, onu 3 ildən 7 ilə kimi həbs gözlədiyi bildirilir.

Həmməruzaçilər Azərbaycan hakimiyyətini bu məsələyə prioritet şəkildə baxmağa səsləyirlər.

(Azadlıq radiosu)

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …