Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Aslan İsmayılov: “Mübariz Mənsimovun şirkəti AZAL-dakı rüşvətxorluğa görə Azərbaycandan getdi”

Aslan İsmayılov: “Mübariz Mənsimovun şirkəti AZAL-dakı rüşvətxorluğa görə Azərbaycandan getdi”

Tanınmış hüquqşünas Aslan İsmayılov “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətindəki (AZAL) korrupsiya faktlarını araşdırılması üçün Baş prokuror Zakir Qaralova müraciət edib.
Müraciətinin ardından A.İsmayılov AZAL-ın vitse-prezidenti Arif Məmmədovu “AZAL monopolist deyil” fikrinə görə yalan danışmaqda ittiham edib.
”Təxminən 4-5 il əvvəl Birləşmiş Ərəb Əmirliklərinin üçüncü böyük şəhəri sayılan Şarjadan Bakıya ucuz uçuşlar həyata keçirilməsi üçün dövlətlərarası müqavilə bağlanmışdı. Rəsmilərin görüşündə əvvəlcə hava limanı xərcləri dünyanın heç yerində olmayan qədər yüksək məbləğlərlə göstərilib. Buna da razılıq aldıqdan sonra isə hər sərnişinə görə rüşvət istəyiblər. Şəxsən özüm bu işlə məşğul olub hüquqi yardım etmək istədim. Araşdırdıqdan sonra bildim ki, Cahangir Əsgərovla qeyri-qanuni razılaşmalar olmadan heç bir hava yolları ölkəmizdə uçuşlar həyata keçirə bilməz”-deyə A.İsmayıov bildirib.
Hüquqşünasın sözlərinə görə, mövcud olan bütün lou-kosterləri (aşağı büdcəli sərnişindaşıma xətləri) Bakıya açmaq istəyiblər, sadəcə Cahangir Əsgərov icazə verməyib:
”Və o, AZAL ilə “dədə malı” kimi rəftar edib. Aviaşirkətlərin də hər biri tələb olunanları ödəmək məcburiyyətindədir. Elə olmasa, Türk Hava Yolları və digər şirkətlər Bakıya uçuşları Tiflisdən 2 dəfə baha həyata keçirməzdilər”.
Aslan İsmayılv deyir ki, bu yaxınlarda Palmali Hava Taşımacılığı A.Ş.-nin sahibi Mübariz Mənsimov da Azərbaycandan getməsini Azərbaycan Hava Yollarında olan rüşvətxorluq və korrupsiya faktları ilə əsaslandırıb.

 

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın