Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / AŞ PA-da ermənilərin əli boş qaldı -heç bir sənəd qəbul edilmədi

AŞ PA-da ermənilərin əli boş qaldı -heç bir sənəd qəbul edilmədi

Erməni terrorçularını “hərbi əsir” kimi təqdim etmək istəyən Ermənistan nümayəndə heyəti heç bir sənəd və ya qərar qəbul edilməsinə nail ola bilməyib

“Erməni tərəfinin başlatdığı debatlar ümidsizlik və çarəsizlikdən başqa bir şey deyil. Onların bu addımı diqqəti Azərbaycanın qələbə faktından yayındırmaq məqsədi daşıyırdı. Erməni tərəfinin yenidən müharibə dövrünə, keçmişə qayıtmaq cəhdi reallığı dərk etməmələrindən irəli gəlir və bütün təşəbbüslərinin arxasında bu dayanır. Faktları saxtalaşdıraraq, guya Azərbaycan tərəfinin qanunsuz saxladığı  erməni hərbi cinayətkarları, təxribatçıları və terrorçuları əsir kimi təqdim edərək, qurban obrazında göstərməyə çalışdılar. Bu bir çıxışda əks olunan saxta, yalan və ikiüzlülüyün ifadəsi idi”.

Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assamıleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva deyib. Onun sözlərinə görə, AŞ PA-da müzakirələr uzun sürməyib və qeyd olunan məsələ ilə əlaqədar  heç bir sənəd və ya qərar qəbul edilmədən sona çatıb.

Sevinc Fətəliyeva: “Azərbaycana qarşı “hibrid müharibə” həyata keçirilir”

 Sevinc Fətəliyeva

“Erməni həmkarlarımızın yaddaşsızlığı təəccüb doğurur. Xocalıda törətdikləri vəhşiliklərdən, dinc Azərbaycan əhalisinə etdikləri zülm və həyata keçirdikləri etnik təmizləmə, soyqırımı siyasətindən sonra, hələ də bunlar humanizm və insan haqları barədə danışmağa cəsarət edirlər! Ermənistan deputatları 100-dən çox ”hərbi əsir”in Azərbaycanda saxlanıldığını israr edirlər.

Azərbaycan rəsmi səviyyədə müharibədə əsir götürülmüş bütün erməni hərbçilərin “Hamının hamıya” prinsipi ilə Ermənistana qaytarıldığını bildirib. Lakin bütün hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycanın azad edilmiş ərazilərində aşkar edilmiş silahlı hərbçilər qrupu əsir kateqoriyasına aid deyil.  Bu insanlar təxribatçı hesab olunurlar”.

S.Fətəliyeva deyib ki, erməniləri AŞ PA-da yalnız bir neçə parlamentari dəstəkləyib: “Bunlar həmin kəslər idi ki, davam edən proseslərin təfərrüatlarına varmadan erməni yalanlarına istinad edərək, hər zaman onlarla fəal əməkdaşlıq edir və fikirlərini bildirirlər. Bu, bizdə təəccüb doğurmadı. Azərbaycan nümayəndə heyəti real vəziyyəti və həqiqəti auditoriyaya çatdırmaqla, ermənilərin təxribat cəhdinin qarşısını aldı.

Azərbaycanın bu gün nəyisə sübut etməyə ehtiyacı yoxdur. Ermənilər tərəfindən işğal olunmuş ərazilər azad edildikdən sonra dünyaya təqdim olunan real görüntülər məsələ barədə öz sözünü deyir. Bu görüntülər  Ermənistanın faşist ideologiyasından və insanlıqadan uzaq mövqedə olmasından danışır”.

There is an order to arrest Charukyan - Zohrabyan

Naira Zoqrabyan

“Avropa Şurasının Azərbaycana ”Zəfər parkı” nın bağlanması və “hərbi əsirlər”in qaytarılması ilə bağlı müraciət edəcəyinə əminik”.  Bunu isə AŞ PA-nın iclasında “Çiçəklənən Ermənistan” Partiyasından deputatı, AŞ PA-dakı Ermənistan nümayəndə heyətinin üzvüdeyib.  Azərbaycan nümayəndə heyətinin üzvü Kamal Cəfərov isə cavabında bildirib ki, Zoqrabyan müharibə zamanı Mingəçevir su anbarını vurduqlarını yazmışdı. “Biz bunun araşdırılmasını istəyirik. Bu, doğrudursa, AŞ PA da terrorizmi dəstəkləyir.  Birinci Qarabağ müharibəsi zamanı 1 milyon qaçqın və köçkünümüz olanda, Xocalı soyqrımı törədiləndə burada azərbaycanlılara qarşı faciələrə, sadəcə, göz yumuldu”.

O, həmçinin qeyd edib ki, erməni nümayəndələrinin çıxışları onların sülhə deyil, revanşizmə hazırlaşdığını göstərir.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …