Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Arzuxan Əlizadə: “Başqırdıstanda ermənilərin bu cür fəallığı başqırdlara yaxşı perspektiv vəd etmir”

Arzuxan Əlizadə: “Başqırdıstanda ermənilərin bu cür fəallığı başqırdlara yaxşı perspektiv vəd etmir”

Bir müddət əvvəl Rusiyanın Soçi şəhərində yaşayan bir qızın ermənilərin “ərazi iştahlarına” etirazını bildirən videomesajı populyarlıq qazandı. Qız ermənilərin xarici ölkələrin torpaqlarına ərazi iddialarını sonsuz eşitməkdən yorulduğunu qeyd edərək demişdi ki, iş o yerə çatıb, həmişə “Soçi Ermənistan ərazisidir” yazırlar: “Qarabağda artıq müsəlmanlarla müharibəniz var. Siz onların ərazisini işğal etməyi bacardınız. İndi xoş niyyətli Qorbaçovun sizi Soçidə məskunlaşdırdığına görə bu torpaqlara da iddia edəcəksiniz?”.

Artıq bənzər etiraz Başqırdıstanda yayılıb. Belə ki, Ufa fəalı Ramila Saitova “YouTube” kanalında paylaşdığı videoda bildirib ki, Ermənilər Başqırdıstanda bütün prosesləri tənzimləyirlər. Onun sözlərinə görə, Başqırdıstanda hər şey ermənilərin əlindədir: “Ermənilər istədiklərini edirlər. Bir neçə gün öncə özümdən Başqırdıstanda niyə bu qədər erməninin olduğunu soruşduğum bir video çəkdim. Bir müddət sonra isə Başqırdıstan Respublikası Prokurorluğu tərəfindən mənim ekstremizmə görə mühakimə olunduğumu bildirən bir əmr verildi. Prokurorluqda olarkən anladım ki, bu sistem tamamilə ermənilərin nəzarətindədir. Hazırda ermənilər respublika prokurorluğunu və bir sıra hüquq-mühafizə orqanlarını ələ keçiriblər. Ermənilər başqırdların bizneslərini də əllərindən alırlar və biz bununla heç nə edə bilmirik. Belə getsə, ermənilər Başqırdıstana iddia edəcəklər”.

Bu onu göstərir ki, ermənilər harada kompakt yaşayırlarsa, ora üçün təhdiddirlər, orada potensial separatizm ocağı yaranır. O baxımdan, bütün bunları ekspertlər necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən AMİP sədri Arzuxan Əlizadə bununla bağlı bir sıra məqamlara toxundu: “Bu artıq bir aksiomdur ki, ermənilər harada kompakt halında yaşayırlarsa, bir müddət sonra həmin yerdə ərazi və digər uzaqgedən iddialarını ortaya qoyurlar. Bu iddia adıçəkilən bədnam millətin xislətindən irəli gəlir. Erməni millətinə məxsus olan yalnız bir xüsusiyyətə qibtə etmək olar, o da bunların mütəşəkkilliyidir. Bunlar harada yaşamalarından asılı olmayaraq, bir mərkəzdən, əsasən Eçmiədzində yerləşən kilsədən idarə olunur və xəstə təxəyyüllərinin məhsulu olan vahid ideologiyaya xidmət edirlər. Bunları digər dünya xalqlarından fərqləndirən bir sıra naqis xüsusiyyətləri var. Məsələn, bunlar uşaqlarına gözləri açılan kimi təlqin edirlər ki, yer üzünün ən qədim sakinləridirlər və bütün ölkələr guya bunlara aiddir. Hətta dünya düzəninə təsir etmiş bir çox şəxsiyyətlərin də öz soylarından olduğunu iddia edirlər. İddia edirlər ki, guya ilk dövlət bunlara məxsus olub, xristianlığı da ilk qəbul edən bunlardır və elə bunun nəticəsidir ki, hər bir erməni “harada biz çoxuqsa, ora bizim vətənimizdir” tipli xəstə ideologiyanın daşıyıcısıdır. Həqiqət isə budur ki, bu millət bir məsələdə doğrudan da ilkə imza atıb. Bu da ondan ibarətdir ki, hələ əsrlər əvvəl erməni kilsəsi ideoloji tezis irəli sürərək erməni qadınları vasitəsilə digər dövlətlərin siyasilərini ələ almaq və həmin dövlətlərin ermənilərə yaxşı münasibətinin formalaşmasına nail olmaq tapşırığı verib. O dövrdən də bu bədnam millətin nümayəndələri həmin tapşırığı “uğurla” yerinə yetirirlər. Bunlar yalnız Azərbaycan torpaqlarına deyil, Gürcüstanın Axalkalaki bölgəsinə, Türkiyənin Qars, İqdır, Van bölgələrinə zaman-zaman iddialar irəli sürürlər. Rusiya ərazisində Soçi ilə yanaşı, kompakt halda yaşadıqları Krasnodar vilayəti və bir sıra digər ərazilərin özlərinə məxsusluğunu təlqin etməyə çalışırlar. Başqırdıstanda ermənilərin bu cür fəallığı başqırdlara yaxşı perspektiv vəd etmir. Son nəticədə bunun acı fəsadları olacaq. O səbəbdən də bu xəstə təxəyyülün daşıyıcılarının, bütövlükdə, sivil cəmiyyət üçün daim təhlükə mənbəyi olaraq qalacaqlarını heç bir halda unutmaq və nəzərə almamaq olmaz”.

Partiya sədrinin fikrincə, bəziləri yanlış olaraq ermənilərin təşkilatlanmasına ciddi yanaşmır. Bu isə təhlükəli sonluq vəd edir. (Bakı-Xəbər)

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …