Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Arutyunyan “aradan çıxır”? – Rusiyada otel aldı – FOTO

Arutyunyan “aradan çıxır”? – Rusiyada otel aldı – FOTO

Qarabağdakı separatçıların lideri Araik Arutyunyanın Rusiyanın məşhur kurort şəhərlərindən olan Jeleznovodskda mehmanxana alması haqda informasiyalar yayılıb.

Bu haqda məlumat Ermənistanın Teleqram kanallarında yayılıb.
“Qarabağda minlərlə erməni ailəsinin Azərbaycanın vurduğu ziyanın ödənilməsi üçün növbəyə durduğu bir vaxtda “prezident” Araik “mavi” dostu Meliksetyan Karenin adına Jeleznovodskdakı “Mask” otelini alıb. Tam ünvan: Rusiya Fedarasiyası, Stavropol diyarı, Jeleznovodsk şəhəri, şəhər tipli İnozemtsevo qəsəbəsi, Qaqarin küçəsi, 213A”, – erməni Teleqram kanalında yazılıb.

Axar.az

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …