Ana səhifə / Siyasət / Artur Rəsizadədən daha bir qərar; Əhməd Əhmədzadəyə yeni səlahiyyət verilib

Artur Rəsizadədən daha bir qərar; Əhməd Əhmədzadəyə yeni səlahiyyət verilib

Nazirlər Kabineti Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə qərar verib.
MİA-nın məlumatına görə, qərara əsasən “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə daxil olan “Taxtakörpü su anbarının SES ilə birlikdə tikintisi”, “Vəlvələçay-Taxtakörpü kanalının tikintisi”, “Taxtakörpü-Ceyranbatan kanalının tikintisi”, “Şabran, Siyəzən və Xızı rayonlarının ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi”, “Şimal çaylarında sugötürən qurğuların və nəqledici kanalların tikintisi”, habelə “Şəmkirçay çayı üzərində dəryaçanın tikintisi” kompleks layihəsinə daxil olan “Şəmkirçay təsərrüfatlararası paylayıcı kanalların və suvarma şəbəkələrinin tikintisi” layihələrinin həyata keçirilməsi zamanı tikinti altına düşən torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti müəyyən edilib.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tapşırılıb ki, həmin layihələr üzrə torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun tələblərinə uyğun olaraq, həyata keçirsin və bu barədə Nazirlər Kabinetinə təkliflər təqdim etsin.
Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın