Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Arif Yunus həbsdən azad edildi – VİDEO (Yenilənib)

Arif Yunus həbsdən azad edildi – VİDEO (Yenilənib)

Həbsdə olan politoloq Arif Yunus başqa yerə getməmək şərti ilə noyabrın 12-də məhkəmə zalından buraxılıb.
 
Bu barədə Azadlıq Radiosunun müxbiri xəbər verir.
MTN və Ədliyyə Nazirliyi Baş Tibb İdarəsi onun təzyiqinin aşağı salınmasının mümkün olmamasını əsas gətirərək, məhkəmədən onun məsələsinə baxılmasını xahiş eləmişdi.
Hakim də onun məhkəmə zalından birbaşa buraxılması barədə qərar çıxarıb.
Leyla və Arif Yunuslar 2015-i il avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il yarım və 7 il müddətinə azadlıqdan məhrum ediliblər.
Onlar qanunsuz sahibkarlıq, vergilərdən yayınma və digər iqtisadi cinayətlərdə ittiham olunurlar.
Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.
Beynəlxalq «Amnesty International» təşkilatı onları vicdan məhbusu kimi tanıyıb.

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …

Bir cavab yazın