Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / Arif Paşa: “Bu günü bizə yaşadan hər kəsin qarşısında baş əyirəm”

Arif Paşa: “Bu günü bizə yaşadan hər kəsin qarşısında baş əyirəm”

“Şəhidlərimizin ruhu şad olsun. Hamımızın gözü aydın olsun. Bu hadisə məndə çox böyük təəssürat yaratdı. İçimdə qəribə duyğular var, danışmağa çətinlik çəkirəm”.

Bunu Musavat.com-a keçmiş Laçın alayının komandiri, istefada olan polkovnik Arif Paşa Laçınla bağlı təəssüratlarını bölüşərkən deyib.

“Şükürlər olsun bu günə. Bu günü bizə yaşadan hər kəsin qarşısında baş əyirəm, onlara öz minnətdarlığımı bildirirəm. Mən bu gün çox qürurluyam. Başda Ali Baş Komandan olmaqla Azərbaycan ordusu, Azərbaycan xalqı qarşısında baş əyirəm. Onların hamısının bu qələbədə payı oldu. 10 milyon insan bir insana çevrildi və biz torpaqlarımızı azad etdik. Bu xoşbəxtliyi bizə yaşadan hər kəsə öz minnətdarlığımı bildirirəm. Tanrı bir də millətimizə bu niskili göstərməsin. Hər zaman bayramlar qeyd edək. Torpaqlarımız həmişə vətən oğullarının yurd yeri olsun”, – polkovnik qeyd edib.

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …