Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Arif Məmmədov sığınacaq istəyən konsul haqda yazdı – FOTO

Arif Məmmədov sığınacaq istəyən konsul haqda yazdı – FOTO

Sabiq diplomat Arif Məmmədov Niderlanddakı səfirliyimizin konsulu olmuş və bu ölkədən sığınacaq istəmiş Nahid Cəfərovla bağlı məsləyə münasibət bildiribMusavat.com xəbər verir ki, o, facebook səhifəsində bunları yazıb: “Əziz dostlar, hörmətli media nümayəndələri!   Bu gün mətbuatda Azərbaycanın Niderland Krallığındakı Səfirliyinin konsulu Nahid Cəfərovla bağlı yayılan məlumatlara aydınlıq gətirmək istərdim.   Əslində, dünənki yazımda da qeyd etmişdim ki, bizim diplomatlara qarşı təzyiqlər dəyanmasa siyasi qaçqın statusu almaq üçün müraciət edən diplomatların sayı artacaq. Siyasi sığınacaq statusu almaq əslində bizim xaricdə qalmaq arzumuzdan deyil, ailələrimizi qorumaq üçün atılan məcburi addımdır və bizim məqsədimiz demokratik Azərbaycan uğrunda işlərimizi müvəqqəti olaraq buradan davam etdirməkdir. 

Nahid Azərbaycan Diplomatik Akademiyasının və Avropa Təhlükəsizliyi üzrə Genevrə Mərkəzinin məzunudur. O, həddindən artıq savadlı, vətənpərvər, geniş dünyagörüşü olan gəncdir.   Mən 2012 ildə XİN-nə dönərək Nahidlə tanış oldum və bu gəncdə olan zəka və bacarıq mənı valeh etdi. Məhz bu keyfiyyətlərinə görə Nahidlə birgə Azərbaycanda insan hüquqlarının bərpası fonunda qərb dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsini özündə əks etdirən plan üzrə çalışırdıq.   Mən əminəm ki, Nahid kimi savadlı və peşəkar kadırların olması Azərbaycanın gələciyinin güvənli əllərdə olduğunu göstərir”.

“>Arif Məmmədov sığınacaq istəyən konsul haqda yazdı - FOTO  <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir397/img1896004.jpg' target='_blank'>Yüklə</a>

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın