Ana səhifə / Siyasət / Araz Əlizadə: “Rusdilli məktəblərin bağlanmasını istəyənlər şüursuzdurlar”

Araz Əlizadə: “Rusdilli məktəblərin bağlanmasını istəyənlər şüursuzdurlar”

“Rusdilli məktəblərin bağlanmasını istəyənlər şüursuzdurlar və bunun heç bir məntiqi yoxdur”.


Bunu “MediaPost”a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri, sabiq millət vəkili Araz Əlizadə deyib. O, rusdilli məktəblərin bağlanması ilə bağlı müzakirələri yersiz hesab edib:


“Balalarımız rus, ingilis, alman dilində hamısı mükəmməl bilməlidirlər. Rusdili məktəblərinin bağlanması bizə heç nə verməyəcək. Bunu müzakirə edənlər populizmlə məşğuldurlar”.


A.Əlizadənin sözlərinə görə, siyasətin dil bilməyə heç bir dəxli yoxdur: “Rusdili məktəblərdə təhsil alanların öz doğma dillərində danışa bilməmələri ilə bağlı deyilənlər boş şeydir. Rus məktəbini bitirənlər çox vaxt Azərbaycan dilini Azərbaycan bölməsini bitirənlərdən daha yaxşı bilirlər. Bu, ailədəki vəziyyətdən asılıdır. Əgər ailədə Azərbaycan dlindən istifadə edirlərsə, uşaq da Azərbaycan dilini bilir, əks halda yox”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …