Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Araz Əlizadə: “İşıq və qazın bahalaşması təbiidir” 

Araz Əlizadə: “İşıq və qazın bahalaşması təbiidir” 

Ötən gün Tarif Şurası təbii qaz və elektrik enerjisinin qiymətini artırıb. Bahalaşma əhalinin sosial vəziyyətinə necə təsir edəcək?

Qiymətlər bahalaşdığı kimi əhalinin maaşları da artacaqmı?

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Araz Əlizadə Modern.az-a bildirib ki, qiymətlərin bahalaşması normaldır.

“Əlbəttə ki, təbii qaz və elektrik enerjisinin qiymətinin bahalaşması əhalinin vəziyyətini pisləşdirəcək. Amma bu təbiidir. Çünki, Azərbaycanın bütün iqtisadiyyatı neftə və qaza köklənib. Neftlə qazın qiymətləri düşdüyünə görə Azərbaycanın gəlirləri azalır. Büdcəni nə iləsə doldurmaq lazımdır.
Bəzən xəstəni müalicə etmək üçün cərrahiyyə əməliyyatı keçirib onun kor bağırsağını kəsib çıxarırlar. Maaşların artırılması bağlı heç nə deyə bilmərəm. Çünki, gələn ilin büdcəsi qəbul edilməyib. Azərbaycan təcrübəsində belə bir hal var ki, hər il prezident əhalinin maaşlarını, gəlirlərini, təqaüdlərini indeksləşdirir”.

Həmçinin oxuyun

“G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb. Qurum bölgədə gərginliyin yolverilməz olduğunu …

Bir cavab yazın