Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / “Araşdırın görək bunu kim yazıb” – Oktay Əsədov

“Araşdırın görək bunu kim yazıb” – Oktay Əsədov

“Bir qrup tarixçi müəllim mənə müraciət edib. Müəllimlərin dediyinə görə, 8-ci sinifdə rus dili bölməsində Azərbaycan və Qarabağın tarixi ayrıca kitablarla tədris olunur. Bu məsələ araşdırılmalıdır”.

” Azinforum.az ” “Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

O qeyd edib ki, bu məsələ diqqətdə saxlanılmalıdır: “Tarixi ayrıca tədris etmək nə deməkdir? Azərbaycana məxsus yerlərin ayrıca tədris olunmasına nə ehtiyac var ki?!”

Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, bu məsələyə aydınlıq gətirilməlidir.

Əmək və sosial siyasət komitəsinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru

Yaqub Mahmudov deyib ki, bu, təxribatdır: “Bir tarix var, o da Azərbaycan tarixidir. Buna kəskin etiraz edirik, bu təxribatın qarşısı alınmalıdır”.

Oqtay Əsədov da yenidən çıxış edərək deyib ki, bu kitabları yazanlar üzə çıxarılmalıdır: “Araşdırın görək bunu kim yazıb”.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın