Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Aqil Abbasdan depuat həmkarına ETİRAZ

Aqil Abbasdan depuat həmkarına ETİRAZ

“Sosial yardım insanları xarab edib”.

Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında komitə sədri, deputat Hicran Hüseynova deyib.

Parlamentin komitə sədri bildirib ki, insanlar işləmək istəmirlər:

“Müraciət edir ki, mənə yardım düzəldin. Mən onlara iş deyirəm, amma insanlar balaca da olsa, o yardımı almağa üstünlük verir. Belə olmaz”

Millət vəkili Aqil Abbas həmkarının bu fikirləri ilə razılaşmayıb.

“Mən bu fikirlə razı deyiləm. Sosial yardım insanı necə xarab edə bilər? Əgər işləmə imkanı yoxdursa, dövlət ona müavinət verirsə insan niyə xarab olsun? Nə müavinətdir ki? Elə çox böyük bir pul da deyil ki, o insanı xarab etsin.

İndi yəqin Hicran xanım başqa mənada deyib. Hansı ki, insanlar müavinətə ümid bağlayıb işə getmirlər. Amma bununla da razı deyiləm, iş yaxşı iş olsa, normal iş olsa, hamı gedər. Mən bu fikirlərlə razı deyiləm”,- deyə deputat vurğulayıb./Redaktor.az

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …