Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Aprel döyüşlərində Azərbaycan vəziyyəti öz xeyrinə dəyişə bildi”

“Aprel döyüşlərində Azərbaycan vəziyyəti öz xeyrinə dəyişə bildi”

2016-cı ilin aprelində Qarabağda vəziyyət gərginləşən zaman qondarma separatçı rejim informasiya müharibəsi faktından geniş istifadə etdi. ABŞ-da və Avropada olan erməni lobbisi bu ölkələrin rəhbərliyi ilə bu istiqamətdə aktiv şəkildə işləməyə başladı”. 

Bu sözləri Bakı Humanitar Forumunda “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitli təhdid” mövzusunda işçi sessiyanda çıxışı zamanı rusiyalı deputat Dmitri Savelyev bildirib.

“Onlar aprel müharibəsi zamanı baş verənləri təhrif edərək, bu ölkələrin rəhbərliyində baş verənlər barədə yanlış təəssürat yaratmağa çalışdılar. Erməni tərəfi dünya KİV-i ilə də aktiv iş aparırdı. Qondarma Qarabağ administrasiyası aprel müharibəsi günlərində gündəlik press brifinqlər keçirir, jurnalistlərin suallarını cavablandırır, peyk vasitəsilə ödənişsiz yayımlar həyata keçirirdilər. Bununla da dünya birliyinin erməni separatçıları tərəfindən çıxış etməsi ilə bütün işlər görülürdü” – deyə Savelyev vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan tərəfi də dünya KİV-ləri ilə çox ciddi iş gördü və nəticədə ümumi vəziyyət, münaqişə zonasında duruma dair obyektiv xəbərlər dünyanın aparıcı KİV-ində yayılmağa başladı: “Lakin çox təəssüflər olsun ki, vəziyyəti dəyişmək, obyektiv məlumatı dünya birliyinə çatdırmaq üçün xeyli vaxt tələb olundu. Bu fakt bir daha KİV-lə işin operativ təşkilinin vacibliyini göstər. İnformasiya müharibələrində birbaşa olaraq hücum dinc əhaliyə qarşı yönəlir”.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …