Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Anti-Azərbaycan kampaniyası tüğyan edir” – Ramiz Mehdiyev

“Anti-Azərbaycan kampaniyası tüğyan edir” – Ramiz Mehdiyev

“2015-ci il seçkiləri ərəfəsində başlanmış anti-Azərbaycan kampaniyası Qərbdə tüğyan edir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri , Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyev “Azərbaycan” qəzetində dərc olunmuş “Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında və ya Azərbaycana münasibətdə ikili standartlar siyasəti” məqaləsində yszıb. R. Mehdiyev bildirib ki, bu kampaniya həm ATƏT, həm də Avropa Şurası tərəfindən həyata keçirilir: “2014-cü ildə Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın xahişi ilə insan haqları üzrə işçi qrupunun fəaliyyəti bərpa edildi. Lakin 2015-ci ilin oktyabr ayında T.Yaqland Azərbaycanla insan haqları üzrə birgə işçi qrupunun fəaliyyətində iştirakını dayandırdığını bəyan etdi və bu, “Qərb demokratiyasını təbliğ edənlər” tərəfindən daha bir düşmənçilik hərəkəti oldu. Burada xatırlatmaq yerinə düşər ki, həmin işçi qrupu hələ 2005- ci ildə yaradılıb, lakin 2008-ci ildə öz fəaliyyətini dayandırıb. Hərçənd, bu dövr ərzində 150 nəfər həbsdən azad edilib. Bu insanlar siyasi fəaliyyətdən uzaq idi və müxtəlif hüquq pozuntularına görə cəza çəkirdilər. Onların vaxtından əvvəl həbsdən azad edilməsi Azərbaycanın hakimiyyət orqanı tərəfindən həyata keçirilmiş xeyirxahlıq aktı nəticəsində baş verib.

Bərpa olunmuş işçi qrupunun bir ildən az müddətdə fəaliyyəti dövründə adları hüquq müdafiəçilərinin siyahılarında olan 16 məhkum azad edilib. Bu fakt özlüyündə işçi qrupunun fəaliyyətinin səmərəli olmasına dəlalət edir. Təəssüf ki, avropalılar istər Azərbaycanın hakimiyyət orqanlarının tamdəyərli dialoqa meyilli olmasını, istər onun qarşılıqlı məqbul qərarlara hazır olmasını, istərsə də xoş niyyətini qiymətləndirə bilmədilər.

Avropa təsisatları tərəfindən anti-Azərbaycan siyasətinin və təbliğatının sistemli şəkildə əlaqələndirilməsinin sübutu göz qabağındadır. Göstərilən misallar bizim ölkəyə qarşı ikili standartlar siyasəti tətbiq edilməsi faktını açıq-aydın nümayiş etdirir. Bizi narahat edən, bu təşkilatların instansiyalarında adekvat həllini tapa biləcək və tapmalı olan problemlərə məhəl qoyulmur. Lakin Avropa strukturları sağlam düşüncəyə rəğmən ümdə problemlərə siyasi rəng verməyə çalışırlar, hərçənd qaldırılan məsələlər sırf mülki xarakter daşıyır”.

Məqalənin tam mətni Burada

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın