Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / ANS-in təsisçiləri yeni televiziya aça bilər – MTRŞ-dan açıqlama

ANS-in təsisçiləri yeni televiziya aça bilər – MTRŞ-dan açıqlama

“Milli Televiziya və Radio Şurası tender elan edərsə, o zaman Vahid Mustafayev həmin tenderdə başqa bir adda media qurumu açmaq üçün iştirak edə bilər”.

Bunu AzNews.az-a açıqlamasında qurumun Texniki Nəzarət Şöbəsinin müdiri İsa Məmmədov deyib. Onun sözlərinə görə, elan olunan tenderdə qanunla hər kəs iştirak edə bilər: “Buna televiziya qanunları yol verir”.

İ.Məmmədov vurğulayıb ki, ANS televiziyasının hazırda boş qalan yayım tezliyi ilə bağlı tenderin elan olunması gözlənilmir: “Bunun üçün ilk növbədə reklam bazarı öyrənilməlidir. Çünki televiziyaların qazancı reklam bazarından gəlir. Reklam bazarı öyrəniləcək, əgər təlabat olarsa onda açmaq qərarı veriləcək. Əgər açılıb qazanc gətirməyəcəksə, yenidən bağlanacaqsa, bu, tamaşaçıya yaxşı təsir etməz”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın