Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / ANS-in belə mövqe tutması ümummilli maraqlarımıza uyğun deyil – Əflatun Amaşov

ANS-in belə mövqe tutması ümummilli maraqlarımıza uyğun deyil – Əflatun Amaşov

ANS-in belə mövqe tutması ümummilli maraqlarımıza uyğun deyil.

Trend-in məlumatına görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov “Mediada ailə, qadın və uşaq məsələlərinin işıqlandırılması: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən konfransda deyib.

Ə.Amaşov vurğulayıb ki, Türkiyə və Azərbaycan kifayət qədər yaxın əlaqələrə malik ölkələrdir: “Türkiyənin daxili və xarici problemi həm də Azərbaycanın daxili və xarici problemidir. Eyni zamanda Azərbaycanın da xarici və daxili problemi Türkiyənin daxili və xarici problemidir. Belə bir məqamda Türkiyədə dövlət çevrilişinə cəhddə bəzi KİV-lərin – ANS-in bu sayaq mövqe tutması, əlbəttə, bizim ümummilli maraqlarımıza uyğun olmayıb”.

Onun sözlərinə görə, Azərbaycan mediası bu gün kifayət qədər vətənpərvər, milli mətbuatdır.

Ə.Amaşov qeyd edib ki, Azərbaycanın inkişafında milli mətbuatımızın xüsusi rolu olub.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın