Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / ANS-ə polis postu qoyuldu, əməkdaşlar içəri buraxılmır – Prokurorluqdan açıqlama (VİDEO, FOTOLAR)

ANS-ə polis postu qoyuldu, əməkdaşlar içəri buraxılmır – Prokurorluqdan açıqlama (VİDEO, FOTOLAR)

“ANS” Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev və “ANS” Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayevin izahatları alınıb.

Onlar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində izahat veriblər və daha sonra sərbəst buraxılıblar.

Xatırrladaq ki, ötən gün axşam saatlarında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə televiziyanın server və texniki otaqları möhürlənib.

Telekanalın əməkdaşları televiziya binasına buraxılmır. Binada polis postu qoyulub.

Məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında bildirib ki, qeyd edilənlərlə bağlı ictimaiyyətə məlumat veriləcək.

 

 

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın