Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Anjey Kasprşik vəzifəsindən uzaqlaşdırıla bilər” – ŞƏRH

“Anjey Kasprşik vəzifəsindən uzaqlaşdırıla bilər” – ŞƏRH

“Rəsmi Bakı Anjey Kasprşiki ATƏT sədrinin bölgədəki şəxsi nümayəndəsi vəzifəsindən uzaqlaşdırmaq istədiyi və ya belə bir niyyətini ortaya qoyduğu halda o, nümayişkaranə şəkildə Ermənistana səfər edib, bu ölkənin rəsmiləri ilə müzakirələr aparır”.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Anjey Kasprşiki növbəti dəfə Ermənistanın müdafiə naziri David Tonoyanla görüşüb:

“Görüşdə təmas xəttindəki və Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət müzakirə olunub. Şəkillərdən də göründüyü kimi, sanki o, yaxın qohumu ilə görüşür. ATƏT-də bizi eşitmədilər. Həmsədrlər son bəyanatlarında Kasprşiki müdafiə edən cümlələr işlətdilər. Elə ATƏT-in hazırki sədri də Kasprşiklə fəaliyyətinə davam etdirmək istəyir. Biz bu şəxslə əməkdaşlığa necə davam edəcəyik? Əsas sual budur. Çünki Azərbaycan Nazirlər Kabinetinin hazırladığı son hesabata görə Kasprşikin 23 ildə hazırladığı bütün monitorinqlər Azərbaycanın əleyhinə, separatçıların xeyrinə olub”.

Elxan Şahinoğlu onu da vurğulayıb ki, Kasprşikin vəzifəsi atəşkəsi qorumağa yönələn hesabatlar hazırlamaqdır:

“Ancaq hansı atəşkəsi? Kasprşik torpaqlarımızın işğal altında qalmasını uzadan atəşkəsə xidmət edir, bu isə bizim maraqlarla tərs düşür. Kasprşikin yerinə gələn də eyni vəzifəni yerinə yetirəcək. Ancaq heç olmazsa, yeni sima görərik. Ona qalsa, 25 ildə həmsədrlər də məsələni həll etməyiblər. Ancaq ən azı həmsədrlər tez-tez dəyişir. Kasprşik isə bu vəzifədən elə yapışıb ki, qopmaq bilmir”.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …