Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Ana südə zəhər qatıb 5 yaşlı qızını öldürdü– Azərbaycanda

Ana südə zəhər qatıb 5 yaşlı qızını öldürdü– Azərbaycanda

Qusarda azyaşlı qətlə yetirilib.

Rayon hüquq-mühafizə orqanlarından bildirilib ki, bir neçə gün əvvəl Hil kəndində fermada yaşayan Gülnarə Saypullayeva qızı, 2012-ci il təvəllüdlü Saypullayeva Luiza Bəxtiyar qızının qəflətən ölməsi barədə polisə məlumat verib. Aparılan araşdırmalar nəticəsində azyaşlının öldürüldüyü müəyyənləşib.

Şübhəli şəxs qismində dindirilən G. Saypullayeva qızını zəhərlədiyini bildirib. O, azyaşlıya içinə həşəratları öldürmək üçün istifadə olunan dərman qarışdırılmış süd içirdiyini deyib.

G. Saypullayeva tutulub, faktla bağlı araşdırma aparılır.(APA)

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …

Bir cavab yazın