Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / AMİP-in növbəti qurultayının vaxtı bəlli oldu

AMİP-in növbəti qurultayının vaxtı bəlli oldu

AMİP Siyasi Şurasının növbəti iclası keçirilib. Onlayn qaydada keçirilən iclasa Bakı, Sumqayıt və Abşeron rayon təşkilat sədrləri də qatılıblar. İclasda 15 avqust tarixində AMİP-in növbəti 11-ci Qurultayının keçirilməsi barədə qərar qəbul edilib.
 
Bu barədə məlumat partiyanın Mətbuat xidməti tərəfindən verilib.
 
Məlumata görə, iclasın qərarına əsasən bütün ölkə üzrə AMİP R(Ş) Təşkilat sədrlərinə Qurultayın onlayn formatda keçirilməsi üçün hazırlıq işlərinin təşkili ilə bağlı tapşırıqlar verilib. 
 
Siyasi Şurada həmçinin, ənənəyə uyğun olaraq Qurultayın vaxtı elan olunandan sonra partiya daxilində AMİP Sədrliyinə namizədliyə iddialı şəxslərin partiyanın Mərkəzi Aparatına müraciət edərək təbliğat kampaniyasına başlaya bilmələri ilə bağlı partiya üzvlərinə müraciət qəbul olunub.

Azinforum.az

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …