Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / AMİP Ağdamla bağlı beynəlxalq birliyə müraciət etdi

AMİP Ağdamla bağlı beynəlxalq birliyə müraciət etdi

AMİP sədri Arzuxan Əlizadə partiyanın üzv olduğu Beynəlxalq Demokrat İttifaqına (İDU-ing.) və həmin qurumun üzvü olan aparıcı siyasi partiyalara müraciət ünvanlayıb.

Müraciətdə siyasi partiya sədrlərinin işğaldan azad olunmuş Ağdam səfəri ilə bağlı geniş məlumat verilmiş və dünya birliyinə erməni vandalizminə biganə qalmamaqla bağlı çağırış edilmişdir. Müraciətdə yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik olan Agdamın Rusiyanın dəstəyi ilə ermənilər tərəfindən işğaldan əvvəlki vəziyyəti, rayonun iqtisadi göstəriciləri, mədəniyyət və tarixi abidələri haqqında statistik məlumatlar, eləcə də Ağdamda mövcud olmuş istehsal müəssisələri haqqında ətraflı bilgilər əks olunmuşdur.

İşğaldan sonrakı dövrdə talana və dağıntılara məruz qalan Ağdamın artıq ruhlar şəhəri kimi tanındığı, ermənilər tərəfindən hətta qəbirstanlıqlardakı məzarların belə açılaraq məhv edildiyi qeyd olunan müraciətdə həyata keçirilən bu vandallığın tək bir dövlətə və onun vətəndaşlarına qarşı deyil, bütövlükdə bəşəriyyətə, sivilizasiyaya və insanlığa qarşı edildiyi vurğulanmış və bu kimi bəşəri cinayətlərin bir daha təkrarlanmaması üçün sadlananlara siyasi qiymət verilməsi istənilmişdir. Qeyd edək ki, AMİP-in 1996-cı ildən etibarən tam hüquqlu üzv olduğu və qurumun rəhbərliyində təmsil olunduğu Beynəlxalq Demokrat İttifaqı özündə 80- ölkədən 100-dən artıq sağ mərkəz yönümlü aparıcı siyasi partiyaları birləşdirir.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …