Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / AMİ Gəncə və Qazax filialından İlham Əliyevə və Mehriban Əliyevaya ŞOK MÜRACİƏT

AMİ Gəncə və Qazax filialından İlham Əliyevə və Mehriban Əliyevaya ŞOK MÜRACİƏT

“Sizdən 6 min xanım məzun barəsində də əfv sərəncamına bənzər bir huminizm aktının qəbul olunmasına yardımçı olmağınızı xahiş edirik”

Moderator.az-a AMİ Gəncə və Qazax filialının 6 min xanım məzunu adından dəhşət dolu bir məktub daxil olub.
Məktub müəllifləri üzləşdikləri problemin prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya çatdırılmasında yardımçı olmağımızı xahiş edirlər:
“Bu ərizə-müraciəti Sizə ünvanlayanlar Azərbaycan Müəllimlər İnstitutu Gəncə və Qazax filialını müxtəlif dövrlərdə bitirmiş məzunlardır. AMİ Gəncə və Qazax filialının 6 min məzunu olan bizlər olduqca kritik və acınacaqlı durumla qarşı-qarşıyıq, odur ki, yeganə çıxış yolunu Sizə müraciət etməkdə görürük.
Məktub müəlliflərindən biri – Mingəçevir Tibb Kollecinin yataqxanasında məskunlaşan Kəlbəcərdən məcburi köçkün İbrahimova Aidə Arif qızı yaşadığı problem səbəbindən üzləşdiyi ailə faciəsindən bəhs edir:
“Mən 2011-ci ildə AMİ Gəncə filialının metodika fakultəsinin qiyabi şöbəsini bitirmişəm. Elə məhz qiyabi şöbədə təhsil aldığım üçün 2007-ci ildən tədris edirəm. Ancaq 2016-cı ilin may ayında analıq məzuniyyətindən qayıdarkən işlədiyim məktəbin direktoru mənə bildirdi ki, AMİ Gəncə və Qazax filialının verdiyi bütün diplomlar yoxlanılıb və çoxlu sayda saxta diplom aşkarlandığı üçün siz müvəqqəti olaraq işdən azad edilirsiniz.
Cənab Prezident, hörmətli Mehriban xanım!
Bir ana kimi sizlərdən üzr diləyərək qeyd edim ki, iki ay bundan öncə mən hamilə olaraq bu sarsıdıcı xəbəri məktəb direktorundan eşidərkən depressiyaya düşdüyümdən 9 aylıq övladım ölü doğuldu. Beləliklə, AMİ Gəncə və Qazax Filialının rəhbərliklərinin saxtakarlığı mənim həyatıma və sağlamlığıma ağır zərbə vuraraq dünyaya göz açmaq istəyən övladımın həyatı bahasına baş gəldi. Təbii ki, bu saxtakarlığın yeganə qurbanı mən deyiləm və əminəm ki, yüzlərlə gənc ana mənim kimi aqibət yaşayır. Hazırda bu problemə görə mənim ailəm dağılmaq üzrədir və mənim kimi 6 min tələbə də AMİ Gəncə və Qazax filialları rəhbərlərinin qanunsuz əməllərinin qurbanı olub. Biz məzunlar bir – birimizlə əlaqə saxlayaraq bacardığımız qədər araşdırma da aparmışıq və dəhşətli statistikanı sizlərlə bölüşməyi lazım bilirik.  Artıq saxtakarlığın qurbanı olan 200-dən çox ailə dağılıb. Axı bizim nə günahımız var ki, bəzi saxtakar direktor-oliqarxların korrupsioner fəaliyyətinin qurbanlarına çevrilmişik. Hər birimizin valideynləri min bir zəhmət hesabına qazandıqları pulları bizim yolumuzda xərcləyiblər ki, oxuyub ailə təhsil alaq, bir evin çırağını yandıraq, dünyaya və Vətənimizə şərəflə xidmət edən övladlar gətirək. Təbii ki, biz də təhsil almışıq. Amma sonradan kimlərinsə çəkişmələri hesabına diplomlarımızı saxtalaşdırıblar…
 
Cənab Prezident, dəyərli Mehriban xanım!
Şəxsən mən 9 ildir ki, şagirdlərə təhsil verirəm, hazırlaşdırdığım onlarla şagirdim yüksək ballarla ölkənin ən sanballı ali təhsil ocağına qəbul olub. Amma indi bizi sevdiyimiz bu müqəddəs peşədən zorla ayırıb sözün həqiqi mənasında cəhənnəm əzabına məhkum etmək istəyirlər.
Məhkumluqdan söz düşmüşkən, bu il 28 may Respublika Günü münasibətilə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın daha bir xoşməramlı təşəbbüsü ilə 10 mindən artıq məhbus amnistiya aktının nəticəsində məhkumluq həyatından xilas oldu. Biz də AMİ Gəncə və Qazax filialın 6 min qadın məzunu Azərbaycanın birinci xanımına müraciət edərək bizimlə bağlı da oxşar humanistlik sərgilənməsi üçün xüsusi amnistiya aktının qəbul olunması təşəbbüsü ilə çıxış etməsini xahiş edirik. Bir ana kimi Mehriban xanıma müraciət edirik və ümidvarıq ki, çəkdiyimiz bu iztirabları nəzərə alacaq, başqalarının qurbanı olmamaq üçün bizim də bir növ bağışlanmağımız üçün gərəkən instansiyalara müvafiq müraciət ünvanlayacaq. Çünki 6 min müəllimin işini itirməsi nəticəsində bir o qədər ailənin məhrumiyyətlərə düçar olması, yüzlərlə ailənin dağlmasına səbəb olacağı qaçılmazdır.
Hörmətli cənab prezident!
Təəssüflə bildiririk ki, bizləri aldadaraq illərlə oxuyub təhsil aldığımız AMİ Gəncə filialının keçmiş direktoru olan Ramiz Məmmədov barəsində heç bir tədbir görülmədi, hələ bu azmış kimi Ramiz Məmmədov hal-hazırda yenidən qanunsuz hərəkətlərini davam etdirməkdədir, Gürcüstanın təhsil müəssisələrindən birinin filialını yenidən Azərbaycanda açmaqla növbəti qurbanlarını “nəfsinin toru”na salmaqdadır.
Son olaraq yazıb Sizdən xahiş edirik ki, min bir əzab-əziyyətlərə qatlanmaqla aldığımız təhsilin hədər getməməsi üçün AMİ Gəncə və Qazax filiallarının verdiyi diplomaların etibarlı hesab edilməsi üçün problemin yenidən və köklü surətdə araşdırılıb müvafiq tədbir görülməsinə tapşırıq verəsiniz. Odur ki, biz Sizdən səbrsizliklə 6 min xanım məzun barəsində də əfv sərəncamına bənzər bir huminizm aktının qəbul olunmasına yardımçı olmağınızı xahiş edirik. Biz sizə inanır və güvənirik, minlərlə ailənin işsiz qalması və dağılmasına imkan verməyəcəyinizə ümid edirik”.

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın