Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / AMEA şəhərciyinin müdiri vəzifədən getdi – Yerinə təyinat

AMEA şəhərciyinin müdiri vəzifədən getdi – Yerinə təyinat

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin bu gün keçirilən iclasında AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Eroziya və Suvarma İnstitutun birləşdirilməsi məsələsi müzakirə edilib.

“ Azinforum.az ” ın APA-ya istinadən məlumatına görə, AMEA Rəyasət Heyəti bu institutların birləşdirilərək Torpaqşünaslıq və Aqrokimya İnstitutu adlandırılmasını məqsədəuyğun hesab edib və bu barədə AMEA-nın Ümumi Yığıncağı qarşısında vəsatət qaldırılmasına qərar verib.

İclasın sonunda kadr məsələsinə baxılıb. AMEA Rəyasət Heyətinin qərarı ilə Nazim Sadıqov AMEA Akademiya şəhərciyinin müdiri vəzifəsindən azad edilib. AMEA Rəyasət Heyətinin digər qərarı ilə Bayram Babayev AMEA Akademiya şəhərciyinin müdiri vəzifəsinə təyin edilib.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın