Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “AMEA məsələsinin yenidən gündəmə gəlməsi narahatlıq doğurur” – Pənah Hüseyn

“AMEA məsələsinin yenidən gündəmə gəlməsi narahatlıq doğurur” – Pənah Hüseyn

Ramiz Mehdiyev AMEA-nın prezidenti postundan gedəndən sonra quruma rəhbərlik başqa şəxsə tapşırılsa da, tənqidlər səngimədi.Ötən gün hətta Azərbaycan Dövlət Televiziyası Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətsizliyi barədə tənqidi süjet yaydı. AMEA-dan isə bu süjetin qərəzli olduğunu bildirdilər.
Bəs, kənar müşahidəçilər necə düşünür? Doğrudanmı AMEA ilə bağlı sözügedən materialda qərəzli məqamlar varmı?
Azərbaycan Xalq Partiyasının sədri, sabiq Baş nazir Pənah Hüseyn məsələ ilə bağlı Bakupost.az -a açıqlama verib.

Partiya sədrinin sözlərinə görə AMEA-da problemlər R. Mehdiyevə qədər də, onun vaxtında da var idi və indi də davam edir:
“R. Mehdiyev gedəndən sonra AMEA-da hansısa əhəmiyyətli, ciddi, diqqəti cəlb edən islahatlar görməmişik. Yeni qanunvericilik bazası yoxdur, əvvəlki əsasnamə ilə fəaliyyət göstərilir. Rəhbərlikdə də əvvəlki insanlardan qalanlar var. Bu baxımdan Azərbaycan elminin problemlərinin siyasi, hüquqi tərəfləri də mövcuddur. Hələ ki müsbət istiqamətdə hərəkətlənmə müşahidə olunmayıb. Bir-iki institutun bağlanması və birləşdirilməsi söhbətləri gedir. Əlbəttə ki, dəyişikliklər vacibdir”.

P.Hüseyn bildirib ki, ölkədə elmin və AMEA-nın fəaliyyətinə dövlət özü dəstək olmalıdır:

“Azərbaycan elminə və onun tərkib hissəsi olan AMEA-nın fəaliyyətinin gücləndirilməsinə dövlət səviyyəsində kömək lazımdır. Konkret olaraq, AMEA haqqında tənqidlər elə də diqqətimi cəlb etmir. Çünki R. Mehdiyev istefa verəndən sonra bir növ mövzunu iqtidar öz təsiri altında olan KİV-lərdən uzaqlaşdırmışdı. Yenidən gündəmə gəlməsi isə təbiidir. Lakin digər tərəfdən narahatlıq da doğurur”.
Sabiq baş nazir AMEA-nın ləğv olunması məsələsinə də diqqət çəkib:

“Bir vaxtlar AMEA-nın ləğv edilməsilə bağlı söhbətlər vardı. Mən AMEA-nın kökündən ləğv olunmasının tərəfdarlarından deyiləm. Hesab edirəm ki, orada müəyyən müsbət istiqamətli dəyişikliklər etmək lazımdır. Amma AMEA-nın elmin inkişafına kömək edən bir struktur olması prinsipilə də tam şəkildə razı deyiləm. Hesab edirəm ki, bu sahə üzrə mütəxəssislərin, alimlərin, AMEA işçilərinin iştirakı ilə dünya təcrübəsindən irəli gələn məsələlərin ictimai müzakirsi aparılaraq, müsbət istiqamətli planın hazırlanmasına ehtiyac var”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …