Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Allah etsin ki, Xəzərdə itkin düşənlər tapılsın” – Baş nazirin müavini

“Allah etsin ki, Xəzərdə itkin düşənlər tapılsın” – Baş nazirin müavini

Bu il dekabrın 15-də Xəzər dənizində itkin düşən neftçilərin axtarışı üçün 200 nəfərə yaxın xilasedici və 6 ədəd vertolyot cəlb olunub.

Qafqazinfo” xəbər verir ki, bu barədə Ölkə.Az-a açıqlamasında Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov məlumat verib. Baş nazirin müavini bildirib ki, xilasetmə işlərinə Dövlət Sərhəd Xidmətinin (DSX), Fövqəladə Hallar Nazirliyinin (FHN) və Dövlət Neft Şirkətinin (ARDNŞ) gəmiləri cəlb edilib. Onun sözlərinə görə, hazırda həmin gəmilərlə Xəzər dənizində ciddi axtarış işləri həyata keçirilir:

“Təkcə xilasetmə işlərinə bu qədər insanın və 6 vertolyotun cəlb olunması Azərbaycan dövlətinin məsələyə nə qədər ciddi və həssas yanaşdığını bir daha göstərir. Allah hamımıza kömək olsun! Bu hadisə gözlənilməz oldu, təbii fəlakətdir. Bu gün dünyanın ayrı-ayrı ölkələrində nə qədər təyyarələr qəzaya uğrayır, suya düşür, minlərlə insan həlak olur, itkin düşür. Onların cəsədlərini illərlə, aylarla axtarıb tapa bilmirlər. Allah etsin ki, Xəzərdə itkin düşənlər tezliklə tapılsın. Bir də Allahdan arzumuz odur ki, bu cür hadisələr bir daha təkrar olunmasın. Çünki bu cür hadisələr hamımızı sarsıdır”.

 

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın