Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Allah bəlasını versin Eldar Mahmudovun, məni bu günə o qoydu…”

“Allah bəlasını versin Eldar Mahmudovun, məni bu günə o qoydu…”

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun daha bir cinayət əməli ortaya çıxıb.

Məlum olub ki, onun əmri ilə MTN-in qara maskalıları hazırda lisenziyası geri alınmış “Zaminbank”ın idarə heyətinin sədri Nadir Hüseynovu saxlayıb və heç bir qanuni əsas olmadan nazirliyin  binasında bir gün saxlayıb, ondan ağlasığmaz məbləğdə pul tələb edib. Bankir pulu verə bilməyəndə isə Eldar Mahmudovun “Bilal” MTK adlı tikinti şirkəti nazirin göstərişi ilə “Zaminbank”dan 1.5 milyon manat kredit götürüb və qaytarmayıb. Habelə Eldar Mahmudovun göstərişi ilə “Zaminbank” bəzi başqa şirkətlərə də kredit verib, həmin kreditlər də geri qayıtmayıb. Və bu, kapitalı o qədər də böyük olmayan bankın müflisləşməsinə gətirib çıxarıb.

Bütün bunları Nadir İsmayılov “gününsesi.info” saytına danışıb. Həmin sayt bundan əvvəl bankiri MTN-lə əlbir olmaqda ittiham etmişdi.

Nadir İsmayılov hazırda ağır durumda olduğunu deyib. Sitat:  “Mənim bankım niyə bağlanmalı idi? Allah bəlasını versin, Eldar Mahmudovun! O, məni bu günə qoydu. Məni aparıb, MTN-nə salmışdılar. Heç bir hüquqi əsas olmadan bir sutka saxlayıb, ağlasığmaz məbləğ istədilər. Sonradan Eldar Mahmudovun “Bilal” MTK adlı Tikinti Şirkəti onun tapşırığı ilə 1.5 milyon kredit götürdü. Həmin krediti qaytarmadılar. Eldar Mahmudovun göstərişləri ilə çox adama kreditlər verdik. Hamısı da batdı. Mənim bankımın bağlanmasının səbəbkarı Eldar Mahmudovdur. Bu gün onun mənə külli miqdarda borcu var”.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın