Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Ali Məhkəmənin sədri Tahir Kərimlinin qərarlarının “üstündən xətt çəkdi”

Ali Məhkəmənin sədri Tahir Kərimlinin qərarlarının “üstündən xətt çəkdi”

Ali Məhkəmənin Plenumunun bəzi qərarları qüvvədən düşüb.

Bununla bağlı Ali Məhkəmənin sədri Ramiz Rzayev qərar imzalayıb.

Belə ki, “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” 16 oktyabr 1992-ci il tarixli,  “Əmək müqaviləsinin bağlanmasının dəyişdirilməsini və xitamını nizama salan əmək qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsi haqqında” 3 may 1993-cü il tarixli qərarlar qüvvədən düşüb.

Qeyd edək ki, hər iki qərar Ali Məhkəmənin həmin tarixlərdə sədri işləmiş Tahir Kərimli tərəfindən verilib.

Tahir Kərimli 1992-ci ilin 2 iyulundan 1993-cü ilin 29 iyuluna qədər Ali Məhkəməyə sədrlik edib.

Qeyd edək ki, Tahir Kərimli Milli Məclisin beşinci və altıncı çağırış deputatıdır. oxu.az

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …