Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Aleksandr Duqin: “Rusiya Qarabağı Azərbaycanın ərazisi hesab edir”

Aleksandr Duqin: “Rusiya Qarabağı Azərbaycanın ərazisi hesab edir”

“Bir çoxları səhvən düşünürlər ki, Rusiya ilə Ermənistan arasındakı tərəfdaşlıq Azərbaycanla münasibətləri pozur. Əslində bu, belə deyil, Rusiyanın Azərbaycanla münasibətləri ön plana çıxıb”

AzVision.az xəbər verir ki, bunu Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri Aleksadr Duqin Cəbrayılın Cocuq Mərcanlı kəndində keçirilən beynəlxalq konfransda deyib.

O, bildirib ki, Rusiya Qarabağı Azərbaycanın ərazisi hesab edir. Duqinin sözlərinə görə, bugünkü konfransın Qarabağda keçirilməsi Azərbaycanın Rusiyanın strateji tərəfdaşı olduğunu təsdiqləyir.

“Hazırda Qarabağda olmağımız təsadüfi deyil. Rusiya Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir, bu, dünya birliyinin mövqeyidir”.

Qeyd edək ki, Cocuq Mərcanlı kəndində rusiyalı və azərbaycanlı ekspert və deputatların iştirakı ilə “Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda konfrans keçirilir.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …