Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Akkord”un əməkdaşından şirkətdəki özbaşnalıqdan Prezidentə şikayət – Fırıldaq ittihamı…

“Akkord”un əməkdaşından şirkətdəki özbaşnalıqdan Prezidentə şikayət – Fırıldaq ittihamı…

“Akkord” Sənaye Tikinti Investisiya Korporasiyasının əməkdaşı Mais Əliyev dövlət başçısı Ilham Əliyevdən kömək istəyir. Vaxtilə şirkətin reklam konstruksiyaları sahəsində aparıcı mütəxəssis vəzifəsində işlədiyini deyən şikayətçi dövlət başçısına ünvanladığı məktubun surətini “Azadlıq”a da göndərib. Mais Əliyev yazır ki, bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə, “Inşaat Iş” Həmkarlar Ittifaqına, Həmkarlar Konfederasiyasına və Nərimanov Rayon Məhkəməsinə müraciətləri nəticəsiz qalıb:

“Mən iki ilə yaxınldır ki, ”Akkord” şirkətilə yaranmış mübahisəli məsələni həll edə bilmirəm. Yoxlama və araşdırmalar birtərəfli qaydada aparılır. Mənə formal və şablon cavablar göndərilir. Məhkəmələrə müraciət etməyin faydası yoxdur. Mənimlə yanaşı, daha 3000 nəfər işdən xaric olunub. Bu iş isə ciddi araşdırılmayıb.

Mən 2005-ci ilin sentyabrından 2014-cü ilin 2 iyununa qədər “Akkord”da reklam konstruksiyaları sahəsində aparıcı mütəxəssis işləmişəm. Əziyyətli və mürəkkəb reklam proseslərinin ağırlığı mənim və birlikdə fəaliyyət göstərdiyimiz kiçik qrupun üzərinə düşmüşdü. Qrup əməkdaşlarının professionallığı və işgüzarlığı şirkəti qısa müddətdə reklam məkanında tanıtdı. Lakin 2014-cü ildə müqavilə vaxtının bitməsi bəhanəsilə məni və şöbənin aparıcı mütəxəssislərini işdən azad etdilər. Bizi əmin etdilər ki, “Akkord”un reklam mütəxəssislərinə ehtiyacı yoxdur və şirkət fəaliyyətini investisiya məsələlərinə yönəldir.

Sonralar məlum oldu ki, bizi aldadıblar. Şirkətin televiziyada nümayiş olunan reklam çarxları, kataloqlarda və qəzetlərdəki reklam xarakterli elanları, “Exspo” mərkəzdə təşkil olunan sərgilər və tədbirlər yenə də keçirilir. Tədbirləri mahiyyət etibarilə professional mütəxəssislər yox, qeyri-peşəkarlar həyata keçirir.

Bu hadisələrdən sonra yaşımla əlaqədar və 44 illik əmək fəaliyyətimin nəticəsi kimi dövlətin mənə təyin edəcəyi təqaüd məsələsini həll etmək istədim. Şirkətdə 9 il fəaliyyət göstərdiyim sənədləri araşdırarkən neqativ göstəricilərlə üzləşdim. Məlum oldu ki, təqaüd üçün Məcburi Sosial Sığorta Fonduna 2007 və 2014-cü il üçün (2005-2006-cı illər nəzərə alınmadan) gülünc bir məbləğ köçürülüb. Fəaliyyət göstərdiyim illər ərzində maaş cədvəlinə qol çəkməklə, hər ay şirkətdən 750 manat əməkhaqqı almışam. Maaşımla bərabər həvəsləndirici mükafatlarım da olub. 2009-cu il üçün cədvəldə illik maaşım göstərilmədən Sığorta Fonduna simvolik olaraq 52,38 manat vəsait köçürülüb. Belə vəsaitlə mən ayda 100 manat da təqaüd ala bilmərəm. “Akkord” rəhbərliyinə iki dəfə məktubla müraciət edib 2005-2014-cü il üçün təyin olunmuş maliyyə vəsaitinin tam şəkildə, gizlətmədən Məcburi Sosial Sıtorta Fonduna köçürülməsini xahiş etdim. Şirkətin baş mühasibi Vaqif Imaməliyev, Həmkarlar Ittifaqının sədri Seyfəddin Ağayev və digər şəxslərlə görüşlərim olub. Lakin məsələ həllini tapmayıb. Təqaüd məsələsi həyati əhəmiyyət kəsb etdiyi üçün həll olunmalıdır. Reklam və poliqrafiya sahəsində 35 illik təcrübəm olmasına baxmayaraq, yaşımla əlaqədar şirkətlər mənimlə işləməkdən boyun qaçırır. Çoxillik təcrübəm və təhsilimin işlə təmin olunan mütəxəssislərdən qat-qat yüksək olmasına əminliklə zəmanət verə bilərəm.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın