Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Akif Səlimovun başı dərddə – etmimadı itirdiyi üçün seçki prosesindən kənarda tutulacaq

Akif Səlimovun başı dərddə – etmimadı itirdiyi üçün seçki prosesindən kənarda tutulacaq

“Laçın rayon icra hakimiyyətinin başçısı Akif Səlimova “yuxarılar” etimad göstərmir”, Bunu dia.az-a Laçın RİH-dəki mənbə xəbər verib.

Qaynaq iddia edir ki, elə buna görə də qarşıdan gələn parlament seçkiləri zamanı Akif Səlimovun proseslərə təsiri minimuma, daha doğrusu, sıfıra endirilib.

Mənbənin dia.az-a söylədikləri: “Əgər bir çox rayonlarda başçılara ciddi etimad varsa, Laçında vəziyyət tamam fərqlidir. “Yuxarılar” da Akif Səlimovu “yarıtmaz kadr” kimi tanıdıqlarından Laçında parlament seçkilərinə hazırlıq, semki prosesinin təşkili birbaşa olaraq Mərkəzi Seçki Komissiyasına həvalə olunub. Yəni yerli icra orqanlarının hətta təşkilatçılıq baxımından dəstəyinə də bel bağlanılmır”.

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …

Bir cavab yazın