Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Akif Nağı prezidentə müraciət etdi – Erməni siyasətinə xidmət edənlərlə bağlı

Akif Nağı prezidentə müraciət etdi – Erməni siyasətinə xidmət edənlərlə bağlı

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif  Nağı erməni siyasətinə xidmət edənlərlə bağlı prezident İlham Əliyevə müraciət edib.
Moderator.az QAT sədrinin müraciətini olduğu kimi təqdim edir:
“Son günlər ermənilərin müxtəlif adlar altında Bakıya ayaq açmaları ilə bağlı Sizə müraciət edirik.
Tam əminliklə deyə bilərik ki, ilk baxışdan cəlbedici görünən bu proses, əslində erməni mərkəzləri tərəfindən dəqiqliklə düşünülmüş və idarə olunan məkrli plandan başqa bir şey deyildir. Erməni mərkəzlərinin məqsədi müxtəlif adlar altında adamlarını Azərbaycana göndərmək, cəmiyyətə nüfuz etmək, Azərbaycanı içəridən dağıtmağa cəhd göstərməkdir. Bu, yeni bir proses deyil. Ermənilər car Rusiyası və Sovet imperiyası dövrlərində bu metoddan geniş şəkildə istifadə edib.  Son olaraq, pis əməlləri ilə “məşhur” olan Eynulla Fətullayevin erməni jurnalisti Süzan Caqiyanı öz yanına işə götürməsi ilə bağlı xəbər yayılıb. Bu xəbər dediklərimizi bir daha təsdiq edir. Məlum ssenari bir daha yada düşür. Düşmən ölkəyə casus göndərməzdən əvvəl, onun döyülən, söyülən, təqib olunan şəxs obrazını yaradırlar. Sonra o, guya təqiblərdən qaçaraq düşmən ölkəyə gəlir, burada xoş qarşılanır, yerləşir, bir müddətdən sonra öz mərkəzlərinin tapşırıqlarını yerinə yetirməyə başlayır. Burada haqlı olaraq bir sual ortaya çıxır: bunlar Ermənistan rejiminə qarşı mübarizə aparırlarsa, niyə məhz Azərbaycanı seçirlər, hər hansı Avropa ölkəsinə getmirlər? Şübhə yeri yoxdur ki, Ermənistan Azərbaycanda geniş agentura, casus şəbəkəsi yaratmağa başlayıb və bunun üçün Eynulla Fətullayev kimi pula həris adamlardan istifadə edirlər.
Xahiş edirik ki, bu məsələlərin araşdırılması, təhlükəli prosesin qarşısının alınması üçün xüsusi xidmət və hüquq-mühafizə orqanlarına tapşırıqlarınızı verəsiz. Cəmiyyətdə belə fikirlər də yer alır ki, Siz özünüz bu proseslərə şərait yaradırsınız. İnanırıq ki, tezliklə səmərəli addımlar atacaq və bütün poseslərin Sizin nəzarətinizdə olduğunu bir daha nümayiş etdirəcəksiniz.
QAT Mətbuat Xidməti,
14 dekabr 2016″

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın