Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Akif Çovdarovun saxlanma şəraitindən şikayəti yoxdur

Akif Çovdarovun saxlanma şəraitindən şikayəti yoxdur

Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan Akif Çovdarovun saxlanma şəraiti ilə bağlı heç bir narazılığı yoxdur.

Bu barədə Trend-ə Akif Çovdarovun vəkili məlumat verib. Vəkilin sözlərinə görə, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan sabiq idarə rəisinin saxlanma şəraiti normaldır: “Mütəmadi olaraq Akif Çovdarovla görüşürəm və problemləri ilə maraqlanıram. Hələlik heç bir problem barədə mənə şikayət etməyib”.

Vəkil əlavə edib ki, A.Çovdarov barəsində ibtidai istintaq davam etdiyi üçün hələlik onun ailə üzvləri ilə görüşünə icazə verilmir. İstintaq təcridxanasında A.Çovdarov yalnız vəkili ilə görüşür.

Vəkil bildirib ki, A.Çovdarovun həbs qərarından apelyasiya şikayəti verilməyib: “Müdafiə etdiyim tərəf buna ehtiyac görməyib”.

Qeyd edək ki, A.Çovdarov Cinayət Məcəlləsinin 302.2 (Əməliyyat-axratış fəaliyyəti haqqında qanunvericiliyi pozma (eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə etməklə törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (Rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), 311.3.4 (Rüşvət alma (passiv rüşvətxorluq) hədə-qorxu tətbiq olunmaqla törədildikdə), 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq, Səbayel Rayon Məhkəməsi tərəfindən 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …

Bir cavab yazın