Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Akif Çovdarovun köməkçiləri həbs olunmayıb

Akif Çovdarovun köməkçiləri həbs olunmayıb

Xəbər verdiyimiz kimi, MTN-in daha bir neçə yüksək rütbəli əməkdaşı həbs olunub.

Virtualaz.org saytının yaydığı məlumatda deyilirdi ki, MTN əməkdaşlarının həbsi Baş Prokurorluq tərəfindən həyata keçirilib.

Bu gün isə bir sıra KİV-lər MTN-in həbs edilən əməkdaşlarını general Akif Çovdarovun köməkçiləri kimi təqdim etməyə cəhd göstərib.

Virtualaz.org saytı etibarlı mənbələrə istinadən bu informasiyanın həqiqətə uyğun olmadığını müəyyən edib.

Belə ki, həbs edilən MTN işçiləri nazirliyin Operativ Təminat Baş İdarəsinin iki əməkdaşı Mehman Abdullayev və Akif Əliyevdir. Bu əməkdaşların isə general Akif Çovdarova heç bir aidiyyəti yoxdur. Həbs edilən MTN əməkdaşları reketlikdə və biznesmenləri sıxışdırmaqda ittiham olunur.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın