Ana səhifə / Siyasət / Akif Çovdarovun daha bir təcridxanası barədə xəbər yayıldı

Akif Çovdarovun daha bir təcridxanası barədə xəbər yayıldı

Hazırda həbsdə olan sabiq MTN generalı Akif Çovdarovun Abşeron rayonunun Masazır qəsəbəsində, istixana təsərrüfatında gizli təcridxana saxlaması, müxtəlif şəxsləri həmin təcridxanaya salaraq fiziki-mənəvi işgəncələrə məruz qoyması ilə bağlı ölkə KİV-lərdində kifayət qədər məlumat dərc edilib.

Moderator.az saytının iddiasına görə, A.Çovdarovun Zirə kəndində daha bir təcridxanası mövcuddur ki, bu təcridxana öz böyüklüyü və orada həyata keçirilən zorakılıqların miqyasına görə Masazırdakı təcridxananı kölgədə qoyur: Məlumata əsasən, həmin təcridxana Zirədəki iri istixana təsərrüfatının zirzəmisində yerləşir.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın