Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Akif Çovdarov dövlətin neft strategiyasına necə meydan oxuyub?

Akif Çovdarov dövlətin neft strategiyasına necə meydan oxuyub?

BugünlərdəModerator.az-a etibarlı mənbədən MTN generalı Akif Çovdarovla bağlı maraqlı informasiya daxil olub. A.Çovdarovun öz vəzifə və səlahiyyətlərindən istifadə edərək böyük biznes şəbəkəsi formalaşdırdığına diqqət çəkən mənbə, generalın istixana biznesinə də böyük diqqət ayırdığını bildirib:

“A.Çovdarovun Bakıətrafı kənd və qəsəbələrin əksəriyyətində çoxlyu sayda istixanaları var ki, bu istixanalar toplam yüz hektarlarla ərazini əhatə edir. MTN generalına məxsus bu istixanalar arasında Masazırda yeni salınmış qaçqın şəhərciyinin arxasındakı istixanalar xüsusi əhəmiyyət kəsb edir. Bu ixtixanalaları səciyyələndirən ən başlıca amil isə onların beynəlxalq əhəmiyyətli neft kəmərləri keçən ərazidə salınmasıdır”.

Mənbənin sözləinə görə, istixanaların əsası qoyulan zaman A.Çovdarovun adamları generala ərazidən beynəlxalq əhəmiyyətli neft kəmərinin keçdiyini və burada istixana inşa etməyin mümkünsüz olduğunu xatırlatsa da, gözünü pul hərisliyi örtən general bunu “xırda məsələ” adlandırıb və işçilərə “davam edin” əmrini verib:

“A.Çovdarov onu neft kəməri haqqında məlumatlandıran işçilərə bildirib ki, bu, “xırda məsələdir” və istixanaların inşasını davam etdirmək lazımdır. Bundan sonra təxminən 10 hektar ərazidə istixanaların quraşdırılmasına başlandı. Bir müddət sonra isə A.Çovdarov Dövlət Neft Şirkətinin ərazi üzrə idarəsinə bildirdi ki, beynəlxalq neft kəmərinin bir hissəsi onun ixtixanlarından keçir və buna görə də həmin “lüzumsuz boruları” ərazidən çıxartmaq lazımdır. Eşitdikləri təklifdən şoka düşən Dövlət Neft Şirkətinin əməkdaşları bunun beynəlxalq əhəmiyyətli bir kəmər olduğunu, əvəvlcədən müəyyənləşdirilən layihə əsasında inşa edildiyi və hansısa bir məsafədə onun istiqamətini dəyişməyin mümkünsüz olduğunu bildirib. Aldığı cavabdan məmnun qalmayan A.Çovdarov isə bildirib ki, heç nə onun istixanalarından önəmli deyil və əgər onun ərazisinə düşən kəmər qısa müddətdən ərazidən köçürülməzsə, o zaman bu problemi o özü, öz bildiyi yöntəmlərlə həll edəcək. Bundan sonra məlum məsələ ilə bağlı rəhbərliyi məlumlandıracaqlarını bildirən idarə əməkaşları məsləhətləşmənin nəticələri ilə bağlı generala məlumat verəcəklərini bildirib”.

Mənbənin sözlərinə görə, A.Çovdarov bundan öncə də dövlət və  beynəlxalq əhəmiyyətli bir sıra layihələrə qanunsuz müdaxilələr edib:

“Son illər böyük maddi güc, rəsmi və qeyri-rəsmi səlahiyyət əldə edən A.Çovdarovda belə bir inam formalaşmışdı ki, o və şəxsi biznesi hər şeydən, hətta xalqın və dövlətin mənafeyindən də üstündür və istənilən məsələyə öz şəxsi maraqları baxımından istənilən cür müdaxilə edə bilər. Buna görə də, MTN generalı yalnız Masazır məsələsində deyil, bir çox məsələlərdə özünü sözün əsl mənasında şıltaq uşaq kimi aparır, haqlı və ya haqsız öz iradəsini həyata keçirməkdən zövq alırdı. Lakin proseslərin sonrakı gedişatı göstərdi ki, dövlət və onun rəhbəliyi A.Çovdarov və digər həmkarlarının şıltaqlığına sona qədər dözmək fikrində deyil və dövlətin strategiyasına, onun mənafeyinə meydan oxuyan hər kəsin aqibəti gec-tez yuxarıdan aşağı baxdığı dövlətin mərhəmətindən, onun rəhbərliyinin verəcəyi qərardan asılı olur”.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın