Ana səhifə / Siyasət / Akademik Cəlal Əliyev dünyasını dəyişməyib

Akademik Cəlal Əliyev dünyasını dəyişməyib

Bu gün bəzi elektron KİV-lərdə akademik Cəlal Əliyevin vəfat etmsi barədə məlumat yayılıb. Etibarlı mənbələrdən Azinforum.az-a daxil olan məlumata görə, akademik Cəlal Əliyevin dünyasını dəyişməsi ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir.  Bizə verilən məlumatda  deyilir ki, bu gün akademik bir müddət kritik vəziyyətə düşsə də, həkimlər onu böhranlı vəziyyətdən çıxara bilib. Hazırda onun vəziyyəti orta sabit qiymətləndirilir.

Cəlal Əliyev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub.
Naxçıvan Dövlət Müəllimlər İnstitutunun təbiət-coğrafiya fakültəsini və Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib. Biologiya elmləri doktoru, professor, əməkdar elm xadimidir. Onlarca monoqrafiyanın, kitabın və elmi məqalənin müəllifidir.
1948-ci ildən Azərbaycan Dövlət Universitetinin bitki fiziologiyası kafedrasında laborant işləyib. 1954-cü ildən Azərbaycan EA-nın Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb.
1971–1990-cı illərdə Azərbaycan EA-nın Botanika İnstitutunda fotosintezin fiziologiyası yaradıcı qrupunun rəhbəri, laboratoriya müdiri, şöbə müdiri, Azərbaycan EA-nın Biologiya elmləri bölməsinin akademik-katibi olub.
Azərbaycan MEA-nın Rəyasət Heyətinin və Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olub.
O, üç dəfə (1995, 2000 və 2005-ci illərdə) Milli Məclisə deputat seçilib.
“İstiqlal” ordeni ilə təltif edilib.
18 aprel 2014-cü ildə Kənd təsərrüfatı sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə Cəlal Əliyev Həsən bəy Zərdabi adına mükafatla təltif olunub.
AZİNFORUM.AZ

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın