Azinforum.az APA-ya stinadən xəbər verir ki, tədbirin açılış mərasimində Azərbaycanın dövlət himni və Avropa İttifaqının himni səsləndirilib.

Daha sonra çıxış edən Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin səfiri Kestutis Yankauskas bildirib ki, Aİ və Azərbaycan arasındakı münasibətlər dinamikdir və inkişaf etməkdədir.

2018-ci ildə AXC-nin 100 illiyinin qeyd ediləcəyini xatırladan K.Yankauskas bu il həm də Aİ-nin Azərbaycandakı nümayəndəliyinin 10 illiyinin və İnsan hüquqları üzrə Universal bəyannamənin 71 illiyinin qeyd olunduğunu da deyib. Səfir əlavə edib ki, bu tədbir Azərbaycan və Avropalılar arasında mədəni müxtəliflik və anlaşmanı təmsil edir.

Xarici işlər nazirinin müavini Mahmud Məmmədquluyev, öz növbəsində, əvvəlcə Avropa günü münasibətilə öz təbriklərini çatdırıb və Avropaya rifah həyat arzulayıb. Azərbaycan və Avropa arasında tərəfdaşlığın əsas aspektlərindən birinin insanlar arasında münasibət və mobillik olduğunu deyən M.Məmmədquliyev bildirib ki, bu və keçirilən digər tədbirlər əlaqələrin inkişafına töhfəsini verir.

“Biz Aİ ilə viza rejiminin ləğvi ilə bağlı danışıqlara tez başlamaq istərdik. Onu deyim ki, Aİ və Azərbaycan arasında əməkdaşlıq tək mədəni deyil, siyasi və digər sahələri də əhatə edir”, – deyə XİN rəsmisi əlavə edib.

Tədbir konsert proqramı ilə davam etdirilib.