Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Afrin əməliyyatında ASALA izi – ŞƏRH

Afrin əməliyyatında ASALA izi – ŞƏRH

“Biz əslində PKK ilə ASALA arasında əlaqələrin olduğunu bilirdik”

Suriyanın Afrin bölgəsində “Zeytun budağı” antiterror əməliyyatları uğurla davam edir. Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun birgə keçirdiyi əməliyyatlar zamanı indiyədək 712 terrorçu zərərsizləşdirilib, 27 yaşayış məntəqəsi azad edilib. Türkiyə rəsmilərinin bildiydiyinə görə, “əməliyyatlar Afrində terrorçular tamamilə məhv edilənədək davam edəcək.

“Zeytun budağı” əməliyyatı Türkiyəyə nə qazandıracaq? Afrində erməni terror təşkilatı ASALA PKK-ya dəstək verirmi?

AzVision.az-ın bu və ya digər suallarını Türkiyənin terror və təhlükəsizlik üzrə tanınmış eksperti Abdullah Ağar cavablandırıb.

– “Zeytun budağı” əməliyyatı planlaşdırıldığı kimi davam edir. Əməliyyatlarda ən önəmli məsələ az itki ilə nəticə əldə etməkdir. Biz əməliyyata başlayarkən PKK-nın burada hazırlandığını bilirdik. Bölgədə İkinci Dünya Müharibəsindən sonra ən çox silah-sursatın orada olduğu gördük. Türkiyə Silahlı Qüvvələri əməliyyata başlamazdan əvvəl burada silahların olduğunu, terrorçular tərəfindən mina partlayıcıların ərazidə yerləşdiyini, keçid üçün təhlükəli sahələrin yaradıldığını, 90 sm qalınlığında sığınacaqların, dəhlizlərin formalaşdırıldığını bilirdi. Buna görə Türkiyə ordusu çox ehtiyatlı hərbi əməliyyata başladı. Hazırda ordu addım-addım təpələri ələ keçirərək irəliləyir. Türk ordusu Hilal formalı əməliyyat keçirir. Yəni əməliyyatın bir ucu şimal-şərq, digər tərəfi cənub-qərb istiqamətində aparılır.

– Sizin fikrinizcə, bu əməliyyatlarla PKK terror təşkilatının kökünü kəsmək mümkün olacaqmı?

– Əməliyyatda əsas məqsəd yalnız Afrin bölgəsində PKK-nın varlığına son qoymaq deyil, Türkiyənin əsl hədəfi PKK-nın bölgədə tamamilə məhv etməkdir. Bunun çətin olduğunun fərqindəyik. Çünki Türkiyə bu bölgədə yalnız PKK ilə vuruşmur, həmçinin PKK-nın arxasında dayanan beynəlxalq güclərlə mübarizə aparır.

– “Zeytun budağı” əməliyyatının nə vaxt başa çatacağını düşünürsünüz?

– Bu əməliyyatın nə vaxt bitəcəyini proqnozlaşdırmaq mümkün deyil. Çünki mövcud parametrlər çox dəyişkəndir. Üç fərqli ərazi var – dağlıq ərazilər, insanların məskunlaşdığı ərazilər və nisbətən düzən ərazilər. Digər tərəfdən ərazidə durum hər an dəyişə bilər. Kənardan müdaxilə, manipulyasiya ola bilər. Ona görə də konkret tarix demək düzgün olmazdı.

Türkiyə Silahlı Qüvvələri regionda bütün təhlükələri, təhdidləri məhv etməklə ehtiyatlı əməliyyat keçirir. Bu səbəbdən vaxt təyin etmək düzgün deyil.

– Afrində Türkiyəyə qarşı PKK ilə yanaşı erməni terrorçuların vuruşması haqda məlumatlar yayılıb. Bununla bağlı nə deyə bilərsiniz?

– Bizə aid olan mədəniyyətin, inancın hədəf alındığı görürük. Bundan əlavə dost və qardaşlarımız, soydaşlarımız da düşmənlərin hədəfindədir. Mübarizə təkcə PKK ilə deyil, bu terror təşkilatını dəstəkləyən şər güclərə qarşı aparılır. Biz bunun fərqindəyik. ASALA terror təşkilatı ilə mübarizə bitməmiş PKK terroru başladı. Biz əslində PKK ilə ASALA arasında əlaqələrin olduğunu bilirdik. Bu əlaqələrin Qarabağda da özünü göstərdiyindən xəbərdarıq. Suriya və İraqda da PKK-ASALA iş birliyi mövcuddur. Sonda həm Türkiyənin, həm də Azərbaycanın hədəfə alındığını aydın görmək olar.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …