Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / ADP sədrindən Naxçıvanın Kürdüstan kimi göstərilməsinə sərt etiraz: “İraqa qoşun yeritməliyik”

ADP sədrindən Naxçıvanın Kürdüstan kimi göstərilməsinə sərt etiraz: “İraqa qoşun yeritməliyik”

Şimalı İraq Kürd Muxtariyyətının lideri Məsud Bərzaninin kanalı olan Rüdav TV Naxçıvan Muxtar Respublikasını “Kürdüstan”ın ərazisi kimi təqdim edib.
Sentyabrın 25-də referendum keçirərək müstəqilliklərini elan edən və bir sıra ölkələrin ərazilərinə göz dikən kürdlərin təqdimatı Azərbaycanda ciddi etirazlar doğurmaqla yanaşı, gələcək üçün ölkəmiz adına yarana biləcək təhlükələrin rüşeymləri görünməyə başlayıb.
Rüdav TV mövcud olmayan “Kürdüstan”ın xəritəsini təqdim edərək hava durumu haqqında məlumat yayımlayıb. Maraqlı olan məqam isə odur ki, sözügedən xəritədə sarı rəngdə görünən Naxçıvan Muxtar Respublikasının Türkiyə ilə sərhəd hissəsi qondarma respublikanın tərkib hissəsi hesab edilib.

ADP sədri Sərdar Cəlaloğlu bununla bağlı sərt mövqeyini açıqlayıb: “Əvvəla, onu qeyd edim ki, referendum tam qanunsuz şəkildə keçirildi. Xalqların öz müqəddəratlarını təyin etmək hüquqları əldə etməsi üçün ərazilərində yaşadıqları dövlətlərin razılığı olmalıdır. İraq buna razılıq verməyibsə, demək, beynəlxalq normalara ziddir. Kürdlər uzun zamandır bu əraziləri silah gücünə əllərində saxlayıblar. Naxçıvanda cəmi 60-70 nəfər kürd var. Əgər Bərzani bu ərazini özününkü kimi qələmə verirsə, demək, onun planlarında Cənubi Azərbaycanın və Türkiyənin böyük bir hissəsi var. Faktiki olaraq, Bərzani Türkiyə, İraq və İranla yanaşı, Azərbaycan torpaqlarına da iddia edir. Bu çox təhlükəli və qorxulu bir siyasətdir. Azərbaycan hökuməti buna qəti şəkildə münasibət bildirməlidir. Laçın Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri açıq şəkildə referendumu dəstəkləyir, lazım gələrsə, Azərbaycan pasportunu cıracağını, ölkəni tərk edəcəyini deyir. Separatçı qüvvələr Azərbaycanda kök salıb, özlərinə yer tutublar. Azərbaycan pasportunu hər an cırmağa hazır olan bir şəxs necə o postda təmsil oluna bilər? Azərbaycan nəinki Naxçıvanın kürd torpaqları kimi təqdim olunmasına etiraz etməlidir, həm də qondarma referenduma sərt reaksiya verməli, qurulacaq dövlətə qarşı çıxmalıdır. Hətta Türkiyə və İran qoşunları ilə birlikdə İraqa da qoşun yeritməliyik. Çünki Bərzani həm də Azərbaycan torpaqlarına iddia edir. İstənilən vaxt öz çirkin niyyətini açıq şəkildə bəyan edə bilər. Kürdlərin əraziləri olmayıb. Vaxtilə Diyarbəkir Ağqoyunlu dövlətinin paytaxtı olub. Onların iddialarını irəli sürdükləri torpaqlar tarixən bizim olub. Kürdlər oturaq həyat tərzi keçirməyiblər. Bir çox ölkələrin ərazilərinə yayılmaları da bununla bağlıdır. O ərazilərin kürdlərə aid olmadığını Azərbaycan açıq şəkildə bildirməlidir”. /musavat.com/

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …