Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Acarıstan Muxtar Respublikası Hökumətinin Sədri Arçil Xabadze Naxçıvandadır – ÖZƏL

Acarıstan Muxtar Respublikası Hökumətinin Sədri Arçil Xabadze Naxçıvandadır – ÖZƏL

Azinforum.az Naxçıvan Muxtar Respublikasındakı mənbələrə istinadən xəbər verir ki, Gürcüstanın Acarıstan Muxtar Respublikası Hökumətinin Sədri Arçil Xabadzenin başçılıq etdiyi nümayəndə heyəti Naxçıvanda səfərdədir.Qonaqların Naxçıvanın gəzməli yerləri, istehsal, təhsil və mədəniyyət müəssisələri ilə tanış olacağı, bir sıra rəsmi görüşlər keçirəcəkləri gözlənilir.

Azinforum.az bildirir ki, bu iki Muxtar Respublika arasında normal dostluq münasibətləri mövcuddur.  Xatırladaq ki, 2014-cü ilin iyulun 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun  Gürcüstanın Acarıstan Hökuməti Sədrinin dəvəti ilə Batumiyə səfəri reallaşmışdı.

AZİNFORUM.AZ

 

 

Həmçinin oxuyun

Arestoviç: İlham Əliyev qüsursuz oyun aparır

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya son səfəri və həmin ərəfədə rusiyalı sülhməramlıların vaxtından əvvəl ölkəmizi …

Bir cavab yazın