Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Abşeronun yeni icra başçısından ilk açıqlama- “Etimadı doğrultmağa çalışacağam”

Abşeronun yeni icra başçısından ilk açıqlama- “Etimadı doğrultmağa çalışacağam”

“Mənə etimad göstərib bu vəzifəyə təyin etdiyi üçün ölkə başçısı cənab İlham Əliyevə təşəkkür edirəm”. Bunu APA-ya açıqlamasında bu gün Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən İradə Gülməmmədova bildirib. O, qeyd edib ki, bu məsuliyyətli vəzifəyə təyin edilməsi ölkə başçısının qadınlara verdiyi diqqət və qayğının təcəssümüdür: “Ölkə başçısı bu məsuliyyətli vəzifəyə məni təyin etdiyi üçün bütün qadınlar adından ona təşəkkürümü bildirirəm. Çalışacağam ki, prezidentimizin mənə göstərmiş olduğu etimadı bacarığımla, var-qüvvəmlə doğruldum”.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamı ilə İradə Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O buna qədər Abşeron Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini vəzifəsində çalışıb. O, həmçinin Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının üzvüdür.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın