Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “ABŞ Rusiyanı Azərbaycandan və Ermənistandan sıxışdırıb çıxardır”

“ABŞ Rusiyanı Azərbaycandan və Ermənistandan sıxışdırıb çıxardır”

“Amerika Birləşmiş Ştatları fövqəldövlətdir və bu dövlət iqtisadiyyatına, hərbi qüdrətinə, sərvətinə görə dünyanın aparıcı dövlətidir. Çalışır ki, öz nüfuzunu bütün dünyaya şamil etsin”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında tanınmış politoloq Zərdüşt Əlizadə deyib. Politoloq qeyd edib ki, ABŞ digər güclü dövlətlərin təsirini azalmaqda maraqlıdır: 

“Rusiyanın rəhbərliyi öz islahedilməz kütlüyü, acgözlüyü ucbatından qonşu dövlətlərə olan təsirini günü-gündən itirir. Və bu boşluğa da təbii ki, ABŞ girmək istəyir. Görürüsünüz ki, addım-addım Rusiyanı Ermənistan sıxışdırır və ora girir. Həmçinin də, Azərbaycandan sıxışdırıb çıxardır. İndi də Vaşinqtonun Mərkəzi Asiya ölkələrinə marağı artıb. Dövlət katibinin köməkçisi Donald Lunun Türkmənistana, Özbəkistana və Qazaxıstana səfəri bu maraqdan irəli gəlir. ABŞ görür ki, Rusiya tamamilə başını itirib. Hakimiyyətində tamamilə bivec, oğru, satqın, özünü vətəndən artıq istəyənlər toplaşıb. Ona görə də, ABŞ çalışır ki, Mərkəzi Asiya ölkələrində nüfzuzun artırsın. Yəni, Rusiya itirdikcə, onun nüfuz dairəsinə ABŞ daxil olur”. 

Analitik daha sonra bunları əlavə edib:

“Bilirsiniz ki, 1945-ci ildən ABŞ Avropada möhkəm oturub. Ümumiyyətlə, onu deyim ki,  ABŞ-ın göstərişini yerinə yetirən ölkələr sülh şəraitində yaşayır. O ölkələr ki, ABŞ-ın diqtəsini qəbul etmir, o zaman ABŞ o ölkələrin dədəsini də “yandırır”. Orada müharibədə, çevrilişdə, üsyanda olur. Qeyd edim ki, Latın Amerikası ölkələri uzunmüddət Amerikanın təsir dairəsində olub. Orada Amerika şirkətlərinin talançılıq siyasətinə etiraz edən bütün hökumətləri 1950-70-ci illərdə ABŞ devirdi. Ancaq ABŞ-a tabe olanda, onun göstərişini yerinə yetirəndə ABŞ transmilli şirkətlərin mənafeyini nəzərə alır və dəymir. Məsləhət də verir ki, demokratiyanı inkişaf etdir, ədalətlə seçki keçir, yəni faydalı məsləhətlər verir. Rusiyanın verdiyi məsləhətlər isə heç cür faydalı olmur”.

Həmçinin oxuyun

“G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb. Qurum bölgədə gərginliyin yolverilməz olduğunu …